Ermənistan üçün bunun nəticəsi ağır olacaq - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan üçün bunun nəticəsi ağır olacaq - Politoloq

Azərbaycan Ermənistan siyasi rəhbərliyinə sülh danışıqlarıyla bağlı təkliflər göndərib. Onlar isə sərhəddə atəşkəs rejimini pozur.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, sərhəddə baş verən hadisələr Ermənistan siyasi rəhbərliyinin mövqeyi ilə bağlıdır: "Bu cür təxribatlara əl atmaqlarının səbəbi beynəlxalq təşkilatlara və Qərb ölkələrinə Azərbaycanın guya sərhəddə irimiqyaslı əməliyyatlar aparmağı ilə bağlı saxta məlumatlar verməkdir. Ermənistan tərəfi bununla həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də digər ölkələrə təhlükə altında olduqlarını göstərmək istəyir. Bu cür hərəkətlərlə Azərbaycana qarşı qaralama kampaniyası aparmaq fikrindədirlər. Ermənistan ağır məğlubiyyətdən sonra xalqı psixoloji şokdan çıxarmaq və Azərbaycandan qisas almaq üçün müəyyən güclərin təsiri altına düşüb. Onların məqsədi həmin dövlətlərlə Azərbaycanı qarşı-qarşıya gətirməkdir".

Q.Hüseynli vurğulayıb ki, Ermənistan KTMT-nin dəstəyini əldə edə bilməyəcək: "Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hər şeyi görür və vəziyyəti Ermənistanın gərginləşdirdiyini bilir. Fransa kimi dövlətlər ermənilərin saxta xəbərlərinə dəstək verərək Avropa İttifaqının ictimai rəyini Azərbaycana qarşı formalaşdırmağa çalışır. Bundan da bir şey çıxmayacaq. Çünki Azərbaycan Aİ ilə ciddi danışıqlar aparır və əməkdaşlıq edir. Azərbaycan tərəfi bölgədə sülhün yaradılması və razılaşmanın yerinə yetirilməsilə məşğuldur. Razılaşmanın həyata keçirilməsi üçün Ermənistan qarşısında tələblər irəli sürür. Onlar isə hər zamankı kimi qeyri-konstruktiv mövqe tutaraq sülh danışıqlarından boyun qaçırır və 10 noyabr üçtərəfli razılaşmasının müddəalarını yerinə yetirmir. Bölgədə yenidən müharibə yaratmaq fikrindədirlər, ancaq belə bir hadisə baş versə, Ermənistan üçün bunun nəticəsi ağır olacaq".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm