• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Türkiyədə baş vermiş hadisəyə görə çox üzülürük - Fazil Mustafa

Türkiyədə baş vermiş hadisəyə görə çox üzülürük - Fazil Mustafa

"Azərbaycan hər zaman Türkiyənin yanındadır. Bu ağır günlərdə də Türkiyənin yanında olub, əlimizdən gələni edəcəyik".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, Türkiyədə yanğından zərər çəkənlər üçün hesab açılmalıdır və biz onlara əlimizdən gəldiyi qədər vəsait ödəyərək yardım etməliyik:

"Türkiyədə baş verən yanğınlar bizi dərindən sarsıtdı. Hələ ki, yanğınlar tam nəzarətə götürülməyib və böyük itkilər var. Türkiyə xalqı böyük millətdir və bu acının da öhdəsindən gələcək. Azərbaycan dövləti həm maddi, həm də mənəvi cəhətdən Türkiyənin hər zaman yanındadır. Biz bu hadisəni kənarda olan bir hadisə kimi deyil, sanki öz daxilimizdə olan bir yanğın kimi dəyərləndiririk. Həqiqətən o görüntülərə baxarkən, insanın ürəyi ağrıyır. Türkiyədə baş vermiş bu hadisəyə görə çox üzülürük. Təbii ki, düşmənlər olanlara sevinir, ancaq biz qardaş dövlət olaraq Türkiyənin yaralarını sarımağa həm dövlət, həm millət olaraq hazırıq. Azərbaycanın atdığı addım həm İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin göstəricisidir".

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR