Deputat: “Azərbaycan fəsadların aradan qaldırılmasında da iştirak edəcək”
Bizi izləyin

Nida Təhlil

Deputat: “Azərbaycan fəsadların aradan qaldırılmasında da iştirak edəcək”

“Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyə ilə bir olacaq. Yanğınlarla bağlı Azərbaycan həm insani dəstək, həm texniki vasitələrdən istifadə etməklə Türkiyəyə qardaş dəstəyi verir və verəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, hazırda bütün Azərbaycan xalqı bu gün Türkiyə ilə bir yerdədir: “Türkiyənin yanındayıq. Bizi heç kəs ayıra bilməyəcək. Biz Türkiyənin ən gözəl günlərində olduğu kimi ən acılı günlərində də qardaşlarımızın yanında olmağa davam edəcəyik. Mənə elə gəlir ki, bu Azərbaycan xalqının canından, qanından gələn bir dəstəkdir. Bu dəstəyin verilməsi bundan sonra da davam edəcək. Əminəm ki, qısa müddətdə yanğınların qarşısı alınacaq. Sonra bu yanğınların törətdiyi fəsadların bərpasında da Azərbaycan iştirak edəcək. Əminəm ki, yanan bir ağacın yerinə 100 yeni ağaclar əkiləcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm