Nida Təhlil
Böyük sülh müqaviləsi nə vaxt imzalanacaq? - Qabil Hüseynli detallardan DANIŞDI
Bu gün Ermənistan parlamenti yeni tərkibdə ilk iclasını keçirdi. Nikol Paşinyanın 20 iyundakı qələbəsindən sonra bu, parlamentin ilk iclasıdır.
Bəs indi biz Ermənistanın baş nazirindən nələri gözləməliyik? O, siyasi narahatlığı arxada qoyduqdan sonra Azərbaycanla böyük sülh müqaviləsini imzalayacaqmı?
Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda sülhyaratma prosesinə xeyli əngəllər törətmiş bir adamdır.
Onun fikrincə, hazırda mürəkkəb situasiya olsa da, tarixi proses Azərbaycanın xeyrinədir: "Paşinyan hakimiyyətinin ilk illərində sülh prosesinə əngəllər yaratdı və onu dalana dirədi. O, müharibədən sonra yazıq, alçaldılmış və təhqir edilmiş bir insan görüntüsü verirdi. Seçkilərdən sonra Paşinyan yenidən dirildi, canlandı və Azərbaycana qarşı müxtəlif iddialar səsləndirməyə başladı. Qarabağın "statusu" ilə bağlı yenə də sərsəmləyir. Sərhədi qorumaq üçün Rusiyanı dəvət edir və Moskvaya bir-birinin ardınca yalvarışlar ünvanlayır. Sanki Rusiya da indiki mərhələdə onun ayağına daş qoyur, şirnikdirir. Ermənistan sərhədinə rus qoşunları yerləşdirilərsə, demarkasiya məsələsi müharibə ilə nəticələnməsə də, bir qədər ləngiyə, ciddi çətinliklərlə üzləşə bilər".
Politoloqun fikrincə, Rusiya bölgədə öz strateji maraqlarını qorumaq üçün Ermənistandan dördəlli yapışıb: "Amma hadisələrin və tarixi prosesin inkişafı Rusiyanın yox, Azərbaycanın xeyrinədir. Ona görə də bir müddət gərginliklər olacaq. Paşinyan ermənidir. Erməninin yaxşısına rast gəlmək çətindir. Xüsusən də siyasətçilər arasında... Hər halda bir sıra parametrlərinə görə Paşinyan Köçəryan və Sarkisyandan üstün görünür. Bu o demək deyil ki, Paşinyan güzəştli kompramislər tərəfdarı olacaq. Ondan böyük sülh sazişinin imzalanmasına yardımçı olmağı gözləmək lazım deyil. Paşinyan sərhədlərin müəyyənləşməsində və kommunikasiya xətlərinin açılmasında da maraqlı görünmür. Dünənə qədər Ermənistanın ağası Rusiya idi, bu gün ermənilərin yeni ağası ortaya çıxıb, bu da Fransadır. Erməni xalqı bir neçə ağanın nökəri olmağa görünür, razıdır. İndi də Fransa bir sıra vasitələrlə, Avropa İttifaqının əli ilə Ermənistana köməkliklər, yardımlar göstərirlər. Ermənistanı qızışdırırlar, fitnə-fəsad toxumu səpirlər. Fransa sözün həqiqi mənasında iyrəndirici hərəkətlər edir. Böyük sülh müqaviləsi bütün bunlara baxmayaraq, imzalanacaq. Sülh sazişi bu ilin sonuna qədər əldə edilməyə də bilər. Bu işi poza da bilərlər. Prosesi uzatmağa çalışacaqlar. Ona görə də Fransanın Cənubi Qafqaza yeni bir oyunçu kimi daxil olmasını ziyanlı və zərərli hesab edirəm".
Tural Turan
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA