Qənizadə: “Fikir verməyin, ... karvan keçər”
Bizi izləyin

Nida Təhlil

Qənizadə: “Fikir verməyin, ... karvan keçər”

Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsi, 30 illik işğalçı siyasətinə öz gücü ilə son qoyması həm düşmənimizi, həm də havadarlarını hələ də yandırıb- yaxır. Dünyanın supergücə malik dövlətlərinin, o cümlədən mötəbər beynəlxalq təşkiatların 30 il ərzində nizamlaya bilmədikləri münaqişəni Azərbyacanın 44 gün ərzində yoluna qoyması və işğalçı Ermənistana diz çökdürməsi, nədənsə, bəzi “əldəqayırma siyasətçilər” tərəfindən həz oluna bilmir. Daim pusquda dayanıb müxtəlif hədiyyələr hesabına “danışdırılan”, vintli kuklalar kimi, lazım gələndə doldurulub ortaya atılan belə riyakar siyasətçilərin bir adı var: təlxək.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədi Vladimir Jirinovski belə buqələmundur. Əslində, bu adamı buqələmunla müqayisə etməyə də adamn dili gəlmir. Çünki buqələmən Vladimir Jirinovskidən daha etibarlıdır. Bir hadisəni xatırlatmaq istərdim. Bir neçə il bundan əvvəl həm öz ölkəsində, həm də Rusiyadan kənarda “riyakar siyasətçi “ kimi tanınan partiya sədri Vladimir Jirinovski Azərbaycana gəlmişdi və bir həftəyə yaxın Cənub bölgəsində istirahət etdi də. O, həmin müddət ərzində ölkəmizdəki daxili vəziyyətlə tanış oldu, Prezident- xalq vəhdətinin şahidi oldu. Gördü ki, xalq Prezidentin ətrafında necə sıx birləşib. Onun da şahidi oldu ki, Azərbaycan demokratik prinsiplərə üstünlük verən, insan hüquq və azadlıqlarının müdafiəsinə öz töhfəsini verən, müstəqil siyasət yeridən dövlətdir. Hətta Rusiyaya qayıtdıqdan sonra düz bir ay həm öz ölkəsinin, həm də xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə respublikamız və onun rəhbəri haqqında bol-bol xoş sözlər dedi. Əslində, belələrinin ölkəmiz haqqındakı təriflərinə ehtiyac da yoxdur. Ancaq o, Azərbaycanda şahidi olduqlarını olduğu kimi danışmışdı.

V. Jirinovski “Komsomolskaya Pravda” nın “radiokp.ru” internet radiosuna müsahibəsində rus ordusunun Ermənistan – Azərbaycan sərhədinə yerləşdirilməsindən danışıb. Onun Azərbaycan dövlətçiliyi və rəhbərliyin ünvanına səsləndirdiyi təhqiramiz fikirlər bu adamın hansı sifətlərə malik olmasından xəbər verir. Görünür, Ermənistanın yalı artıq olub. Jirinovskini danışdıran da elə bu yal olub. Onsuz da Azərbaycanın işğalçı ölkə üzərindəki tarixi qələbəsi çoxlarının iç üzünü ortaya qoyub. Jirinovski kimi buqələmun siyasətçiləri istənilən səmtə əymək bir o qədər də çətin deyil. Bundan ötrü onun yalını bir neçə dəfə artırmaq lazımdır.

Rusiya Federasiyası Dövlət Dumasının deputatının qeyri- etik davranışı, partiya sədrindən çox, spirtli içki aludəçisinin söylədiklərinə daha çox yaxındır. Ona öz ölkəsində də əhəmiyyət verilməməsi bu adamın qeyri- ciddi şəxs kimi qəbul edilməsindən xəbər verir. Axı, son illər Rusiya – Azərbaycan münasibətləri getdikcə yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, iki ölkə arasında olan dostluq və starteji tərəfdaşlıq münasibətlərini həzm edə bilməyənlər də var. Ötən il noyabrın 10- da Ermənistanın kapitulyasiya aktını imzalayanlardan biri, yəni işğalçı ölkənin rəsmən təslim olmasına şahidlik edən dövlətlərdən biri də Rusiya Federasiyasıdır və həmin sənədi imzalayanlardan biri də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla bərabər Rusiya Federasiyasın Prezidenti Vladimir Putindir. Hesab edirəm ki, Azərbaycan – Rusiya münasibətlərinə xələl gətirmək üçün başqa yol tapa bilmədilər və Jirinovski kimi kloundan istifadə ediblər. Ancaq xəbis niyyətləri bu dəfə də ürəklərində qalacaq. Əslində, bu ideyanın sahibləri elə Jirinovski kimi buqələmunlardır. Çünki belə bir riyakarın dediklərini özündən başqa eşidən və inanan yoxdur. Bunun əsas səbəblərindən biri Vladimir Jirinovskinin həm öz ölkəsində, həm də kənarda qeyri – ciddi şəxs kimi tanınmasıdır. Onun belə çıxışlarını eşidənlər “fikir verməyin ... karvan keçər” məsələni xatırladır.

Əslində, Vladimir Jirinovskinin bu sayıqlamaları ölkəmizə, onun müstəqilliyinə, suverenliyinə qarşı təhdidr. Radikal müxlifətin ölkəmizə qarşı bu təhdidlərə biganə qalması məni çox təəssüfləndirir. Onların bu susqunluğu düşmən dəyirmanına su tökmək deməkdir. Görünür, hələ də dərk etmək istəmirlər ki, Vətən və dövlət hər şeydən ucadır.

Fikrimcə, Jirinovskinin dediklərini ciddiyə almağın heç bir əhəmiyyəti yoxdur. Çünki sabah yenə də onu kiçik bir hədiyyə ilə ələ alacaq və ortalığa atıb kloun kimi oynadacaqlar. Belə oyunbazlar Rusiyanın yaxın dostu, etibarlı strateji tərfdaşı və nümunəvi qonşusu olan Azərbaycanla münasibətlərə heç bir xələl gətirə bilməz. Xatırlayırsınızsa, Jirinovski zaman- zaman ermənipərəstliyini gizlətməyib. O, öz ölkəsinin milli maraqlarına zərbə vuran açıqlamaları ilə “ziyanverici həşərat” adını qazanıb. Ona görə də gəlin, onun söylədiyi cəfəngiyyatlara fikir verməyək. Necə deyərlər, “ ... karvan keçər”.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm