• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Azərbaycan Ordusu sərhədlərin dəqiqləşdirilməsi üçün müəyyən addımlar atır - Politoloq

Azərbaycan Ordusu sərhədlərin dəqiqləşdirilməsi üçün müəyyən addımlar atır - Politoloq

Dünənə qədər quyruğu qapı arasında qalmış Paşinyan, bu gün ətrafına təhdidlər irəli sürür. Bir çox təxribatların bilavasitə əmrini verir.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənistan tərəfi müxtəlif saxta xəbərlər yayaraq öz acizliyini gizlətmək istəyir: “Ermənistan mediası müxtəlif dezinformasiyalarla ictimaiyəti erməni ordusunun canlanmasına və Azərbaycan tərəfinə müqavimət göstərə biləcəklərinə inandırmaq istəyirlər. Onlar saxta xəbərlər yayaraq dünya ictimai rəyini öz tərəfinə çəkmək istəyirlər. Sərhəddə həyata keçirilmiş bütün təxribatları Azərbaycan dövlətinin üstünə atmaq fikrindədirlər. Bu gərginliyin səbəbin araşdırdıqda isə ermənilərin demarkasiya və delimitasiya işlərinin yubanması üçün həyata keçirdikləri təxribatları görürük. Çünki işğal dövründə onlar Azərbaycan ərazisini qəsb edib və orada məskunlaşıblar. Bəzi yerlərdə Ermənistanın Azərbaycan sərhəddinə müdəxiləsi 15 kilometrdən çoxdur.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan Ordusu ermənilərin törətdikləri təxribatın cavabını layiqincə verir: "Azərbaycan Ordusu sərhədlərin dəqiqləşdirilməsi üçün müəyyən addımlar atır və Ermənistan tərəfi təxribata əl atır. Bu səbəbdən də Azərbaycan Ordusu müəyyən yerlərdə erməni tərəfinə cavab atəşi açır. Paşinyan Rusiya tərəfinə qoşunların sərhəddə yerləşdirilməsi üçün müraciət edir. Rusiya tərəfi özü də istəyir ki, sərhəddə öz qoşunlarını yerləşdirsin. Bu, bizim üçün arzuedilməzdir, çünki Rusiyanın bölgəyə yeni müdaxiləsi nəticəsində sərhəddin pozulmuş hissələrində aparılan demarkasiya və delimitasiya işləri yubanacaq".

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR