• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Rusiya sərhəd planını işə salır: Paşinyan Moskvaya aparılacaq və...

Rusiya sərhəd planını işə salır: Paşinyan Moskvaya aparılacaq və...

Rusiya XİN-in rəsmisi Aleksandr Bikantov bildirib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca sərhədçilərin (rus) yerləşdirilməsi indi mümkün deyil, çünki sərhədin demarkasiyası həyata keçirilməyib.

“Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır”, - Bikantov deyir.


Moskva bununla Paşinyanın “sərhədçilərin və KTMT-nin monitorinq qrupunun gəlişi” təklifini rədd edir və öz planını işə salır.

Rusiyanın Azərbaycan-Ermənistan sərhədində dayanması bölgədəki strateji maraqları baxımından əhəmiyyətlidir, xüsusilə Qarabağ münaqişəsinin həllindən sonra. Lakin sərhədlər müəyyənləşmədən bunu etmək Moskvaya sərf etmir: bununla vasitəçi yox, tərəf ola bilər; ermənilər üçün sərhəd müqaviləsinin günahkarına çevrilə bilər;

Rusiyanın istəyi sərhədin delimitasiya və demarkasiya prosesinin yekunlaşması, ardınca bölgəyə yerləşməkdir. Prosesin uzanması rusların qarşısında alternativləri gücləndirir və Paşinyanın şantaj imkanlarını genişləndirir, misal üçün, Fransa ordusunun bölgəyə gətirilməsi kimi və s.

Bu baxımdan, rusların tezliklə Paşinyanı Moskvaya aparacağı və sərhəd müqaviləsini imzalamağa məcbur edəcəyi gözləniləndir.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR