Rusiya hərbçilərinin Qazaxın işğal altında olan kəndinə yerləşdirilməsi ... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Rusiya hərbçilərinin Qazaxın işğal altında olan kəndinə yerləşdirilməsi ... - Politoloq

"Rusiya hərbçilərinin Qazaxın işğal altında olan ərazilərinə gəlməsi heç də ürəkaçan bir hadisə deyil. Çünki oraya rus qoşunlarını yerləşdirmək əvəzinə, həmin torpaqları Azərbaycana qaytarmaq lazımdır".

Bunu Publika.az-a açıqlmasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, 10 noyabrda əldə edilmiş razılığa əsasən ermənilər bütün işğal altında olan torpaqlarımızı geri verməlidir: “Paşinyan əvvəl bu məsələylə bağlı bəzi vədlər versə də, sonradan verdiyi sözlərin üstündə durmadı. Ermənistan hökuməti vəziyyəti daha da mürəkkəbləşdirir. Onlar hər zaman olduğu kimi, indi də bu cür proseslərin sürətlə davam etməsinin qarşısını alır. Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonraq öz tarixi torpaqlarını bərpa etdi. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də Azərbaycan torpağıdır və bizə qaytarılmalıdır. SSRİ-nin xəritəsinə əsasən, bu ərazilər Azərbaycana məxsusdur. Azərbaycanı Rusiyadan asılı salmaq cəhdi Ermənistan tərəfindən atılmış hiyləgər bir addımdır. Ermənistan hakimiyyəti bu cür hərəkətlər edərək sərhəd məsələlərinin həll edilməsini gecikdirir”.

Q.Hüseynli vurğulayıb ki, Ermənistanın son zamanlar etdiyi təxribatlar razılaşmaya zidd olan addımlardır: “Ermənilər yeni bir münaqişə yaratmaq fikrindən əl çəkmir. Ermənistan hakimimiyyəti məğlub olmasına baxmayaraq, özünü lovğa və təkəbbürlü aparır. Rusiya isə üçtərəfli razılaşmanın müddəalarının icra edilməsinə biganə yanaşır. Azərbaycan öz tarixi torpaqlarını geri qaytaracaq və öz sərhədlərini bərpa edəcək. Ermənistan tərəfi təxribatlar törətsə də, Azərbaycan ordusu onların layiqincə cavabını verir. Rusiya həmin torpaqların qaytarılmasında iştirak edirsə, bunun qarşılığında nələrsə istəyəcək. Rusiya üçün bu məsələlər siyasi alver mənbəyinə çevrilir. Azərbaycan ordusu öz sərhəddlərini bərpa edir. Bundan sonra Ermənistan tərəfindən törədilə biləcək təxribatların qarşısını almağa hazırdır”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm