• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Paşinyanın Əliyevlə görüş istəyinin arxasında nə dayanır? - TƏHLİL

Paşinyanın Əliyevlə görüş istəyinin arxasında nə dayanır? - TƏHLİL

Video əlavə olunub.

***

Paşinyan sülh danışıqları üçün İlham Əliyevlə görüşə hazır olduğunu açıqladı: Ermənistanda seçkilərdən sonra proseslərin gözlənilən inkişafı və Bakının sərt mövqeyi fonunda İrəvanın “yola gəldiyi” görünə bilər, lakin Nikol doğrudanmı sülhə razıdır?

Birincisi, Paşinyan Minsk qrupu formatında danışıqlara dəvət edir və bu, münaqişənin bitdiyi reallığına ziddir;

İkincisi, Paşinyan “konkret təkliflər” gözlədiyini açıqlayır: Azərbaycan Ermənistana sərhədin delimitasiyası məsələsinin də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib və danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır; Nikol isə danışıqları əvvəlki vəziyyətə qaytarmaq istəyir;

Üçüncüsü, erməni baş nazir yenidən sərhəddə “beynəlxalq monitorinq mexanizminin işə salınması” təklifini gündəmə gətirir və bunun üçün ya KTMT, ya da Minsk qrupu həmsədrlərinin gəlişini dəstəkləyir;

Dördüncüsü, bölgədə kommunikasiyasının bərpasının, kommunikasiya üzrə üçtərəfli işçi qrupunun yenidən fəaliyyət başlamasının və qonşu ölkələrlə münasibətlərin normallaşmasının Ermənistan üçün prioritet olduğunu qeyd edir;

Paşinyanın açıqlamasındakı ilk iki məqamın hədəfi: Qərbin istədiyini vermək; erməni ictimaiyyətində Qarabağ kartını əlində saxlamaq; “sülh istəməyən Azərbaycandır” rəyini yaratmaq;

Üçüncü məqam sərhəd məsələsində Rusiyanın dəstəyini qazanmağa hesablanıb: görünür, Zasın İrəvan səfərində KTMT-nin bölgəyə gəlişi ilə bağlı konkret nəticələr əldə edilməyib və İrəvan Moskvaya yenidən “alternativin olduğu” mesajını verir;

Dördüncü məqam istəyinə nail olmaq üçün birbaşa Rusiyanın maraqlarına uyğun mövqe sərgiləməyə hesablanıb: Nikol bildirir ki, “regional əlaqələrin açılması tez həll edilməli məsələdir”; ruslar üçtərəfli razılaşmalarda əsasən kommunikasiyanın açılmasını sürətləndirmək istəyir, hərçənd, bunun üçün öncə sərhədlərin delimitasiyası prosesi həyata keçirilməlidir; Paşinyan da rusların istəyini tezləşdirmək haqda sözlərindən dərhal sonra qeyd edir: “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı mövqeyimiz dəyişməzdir. Düşünürük ki, bu istiqamətdə işlər də gücləndirilməlidir”; və bununla Moskvaya “regional əlaqələrin bərpası üçün sərhədin müəyyənləşməsində bizə dəstək ver” mesajını verir;

Paşinyanın açıqlamasından çıxan yekun nəticə: Ermənistan sərhəddə Azərbaycan Ordusunun mövqelərindən geri çəkilməsini istəyir;

Bu kontekstdə dünən Ermənistan XİN Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ilə bağlı verdiyi bəyanat diqqət çəkir. Bəyanatda iddia olunur ki, 10 noyabr razılaşmasında “qoşunların çıxarılması” ifadəsi yer almayıb və buna İrəvan erməni hərbi birləşmələrini bölgədən çıxarmaq niyyətində deyil.

Nikolun bu gün dediyi “əraziləri işğal etmək niyyətimiz yoxdur, niyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır” açıqlaması fonunda Ermənistan XİN-in bəyanatını belə oxuya bilərik: Azərbaycan sərhəd istiqamətində bizim ərazimizdən çıxmasa, biz də Qarabağdan erməni qoşunlarını çıxarmırıq;

Hərçənd, Zasın İrəvan səfəri, Lavrovun zəngi və Azərbaycanın rus sülhməramlılarına açıq xəbərdarlığı fonunda bu açıqlamanın arxasında Rusiyanın dayandığı da istisna deyil.

Və belə görünür ki, qarşı tərəfin başa düşdüyü hərbi dildən başqa yol yoxdur, sərhəddə də, Qarabağda da...

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR