Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac var - Həkim
Bizi izləyin

Nida Təhlil

Azərbaycanda karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac var - Həkim

"Bütün dünya ölkələrində COVID-19-a yoluxma halları çoxalıb və bu da epidemiyanın yeni dalğasının nəticəsidir".

Bunu Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

M.Əliyev qeyd edib ki, yoluxmanın əsas səbəblərindən biri delta ştamının yayılmasıdır: "Bu virus daha sürətli yoluxma gücünə malikdir. Yoluxma faktlarının çoxalmasının əsas səbəblərində biri də karantin qaydalarının yumşaldılmasıdır. Toyların keçirilməsinə icazə verilməsiylə yoluxanların sayı çoxalır. Çünki orada sosial məsafə və digər qaydalara riayət olunmur. Toylarda insanlar bir-biriləriylə görüşürlər və bununla da virus çox asanlıqla yayılır. Son zamanlar virusa yoluxanların əksəriyyəti toylarda iştirak etmiş insanlardır".

İnfeksionist vurğulayıb ki, vətəndaşlarımız maskadan istifadəyə də biganə yanaşmamalıdır: "Bəzən qapalı məkanlarda insanlar maskadan istifadə etmir. Vətəndaşlarımız qaydalara riayət etsə pandemiyadan əvvəlki normal həyata tez bir zamanda qayıda bilərik".

Həkim ölkəmizdə karantin qaydalarının müəyyən qədər sərtləşdirilməsinə ehtiyyac olduğunu deyib: "Ancaq bu qapanmalar əvvəlki kimi olmamalıdır. Əsasən sosial məsafəyə və maskadan istifadəyə nəzarət gücləndirilməlidir".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm