Polkovnik təxribat ehtimalından danışdı: Sülh müqaviləsi bağlanana qədər…
Bizi izləyin

Nida Təhlil

Polkovnik təxribat ehtimalından danışdı: Sülh müqaviləsi bağlanana qədər…

"Rusiyanın sülhməramlı qüvvələri sülhün bərqərar olunması üçün orada müvəqqəti olaraq fəaliyyət göstərir. Xarici qüvvələrin təsiri altında olan ermənilərin təxribatlar törətməsi istisna deyil".

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, ermənilər kənar qüvvələrin təhriki ilə təxribata əl atır:

"Azərbaycan ilə Ermənistan arasında hələ sülh müqaviləsi bağlanmayıb. Təbii ki, müəyyən revanşist qüvvələr Azərbaycan ərazisində olan ermənilərə təsir edir. Ermənistan tərəfi işğal etdiyi torpaqlarda döyüşə hazırlıq görürdü və açıqlama vermişdilər ki, partizan hərəkatına keçəcəyik. Bu cür çıxışlar edən erməni tərəfi sonda kapitulasiya aktını imzaladı. Azərbaycan Silahlı qüvvələri müharibədən sonra bütün o ərazilərdə qabaqlayıcı tədbirlər həyata keçirib. Bütün ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır. Ordumuz orada baş verə biləcək istənilən təxribata qarşı adekvat addımlar atmağa qadirdir".

Ş.Ramaldanov vurğulayıb ki, Ermənistan tərəfindən Qarabağa gətirilən muzdlu döyüşçülərin aqibəti bilinmir:

"Sülh müqaviləsi bağlanana qədər bu cür hadisələrin baş verməsi istisna olunmur. Bütün bu proseslərə Azərbaycan dövlətinin müvafiq qurumları nəzarət edir. Bu cür hadisələr olmasaydı nə Rusiya sülhməramlılarına, nə də monitorinq quruplarına ehtiyac qalmazdı. Atəşkəsin pozulması halları tez-tez baş verir və bu məsələlər araşdırılır. Hazırda Azərbaycan Silahlı Qüvvələri istər daxilində olan hadisələrə, istərsə də dövlət sərhəddində bütün proseslərə nəzarət edir. Ordumuz qarşısına qoyulan bütün tapşırıqları və Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır. Son zamanlar baş verən hadisələrlə bağlı müvafiq dövlət qurumları bəyanatlar verib. Azərbaycan tərəfi ona qarşı törədilmiş təxribatın cavabını layiqincə verir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm