• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

Ordumuz hibrid əməliyyatı keçirməli, onları yerindəcə məhv etməlidir - Deputat

Ordumuz hibrid əməliyyatı keçirməli, onları yerindəcə məhv etməlidir - Deputat

Prezident İlham Əliyev müsahibəsində Ermənistana və onları himayə edən dövlətlərin siyasi rəhbərliyinə ciddi xəbərdarlıq etdi.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, Ermənistan və digər ölkələr belə əməllərinə davam etməməsi üçün Azərbaycan Laçın dəhlizinə nəzarəti öz ixtiyarına keçirməlidir: “Oradan keçən hər bir nəqliyyat vasitəsini yoxlayıb, Ermənistanda gələn hərbi texnikalar yerindəcə məhv edilməlidir. Yəni bu məsələlərlə bağlı ciddi addımlar atmalıyıq. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidən erməni terrorçuları tərəfindən Şuşa və digər ərazilərə atəş açılarsa, onlar dərhal susdurulub, sülhməramlılara heç bir xətər yetirmədən anti-terror əməliyyatı aparılmalıdır. Çünki oradakı sülhməramlılara hər hansı bir xətər yetirilərsə, Rusiya ilə Azərbaycan arasında olan münasibət pozula bilər”.

F.Ağamalı vurğulayıb ki, Azərbaycan Ordusu hibrid və ya digər formada anti-terror əməliyyatı keçirə bilər: “Erməni əsgərlərə atəş əmri verən komandirləri zərərsizləşdirməliyik. Çünki başsız qalan əsgər heç nə edə bilməz. Prezident İlham Əliyevin xəbərdarlığından Ermənistan tərəfi nəticə çıxarmasa, Azərbaycan ciddi addımlar atacaq. Bu gün Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevlə bərabədir. Bütün dünya bilir ki, Azərbaycan Silahlı Qüvvələri əvvəlkindən də daha güclüdür. Çünki ordumuzu müasir silahlarla təchiz olunub”.

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR