Bu, Ermənistanın sonu olacaq - Arzu Nağıyev
Bizi izləyin

Nida Təhlil

Bu, Ermənistanın sonu olacaq - Arzu Nağıyev

“Prezident İlham Əliyev Ermənistan və onun havadarlarına bəzi mesajlar verib, bir daha qeyd etdi ki, nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzə qarşı yaranmış təhdidlərin qarşısı alınacaq”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, Ermənistan tərəfi yeni bir münaqişənin yaranması üçün çalışır: “Sülh müqaviləsinin bağlanması onlar üçün daha vacibdir. Çünki yeni bir müharibə olsa, bu Ermənistanın sonu olacaq. Ermənistan tərəfi başqa dövlətlərin təhriki ilə sərhəddə bəzi təxribatlar törədir, ancaq Azərbaycan Ordusu onlara adekvat cavab verir. Biz isə işğaldan azad edilmiş ərazilərdə infrastruktur quraraq bir daha göstəririk ki, bizim üçün münaqişə bitib”.

A.Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyev Ermənistan nəzarətində olan torpaqların tarixi Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırdı: “İlham Əliyev o torpaqların bizə aid olduğunu və vaxtilə orada azərbaycanlıların yaşadığını vurğulayıb. Zəngəzur dəhlizinin açılması da gündəmdədir və bu nəyin bahasına olursa olsun həyata keçiriləcək. Ermənistan tərəfi nə qədər gərginlik yaratmağa çalışsa da Azərbaycan Ordusu bunun qarşısını alır. Onlar tərəfindən açılan hər atəşə Azərbaycan tərəfi adekvat cavab verir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını gündəmə gətirərək Rusiyanı bu məsələyə qatmaq istəyirlər. Ermənilər bu cür təxribatlara davam etsə, Azərbaycan Silahlı Qüvvələri anti-terror əməliyyatı keçirə bilər”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm