Azərbaycanlılar mütləq Zəngəzura, Göyçəyə... - Partiya sədri
Bizi izləyin

Nida Təhlil

Azərbaycanlılar mütləq Zəngəzura, Göyçəyə... - Partiya sədri

Ölkə başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfər edərkən bir məsələni diqqətə çatdırdı. Daha doğrusu, 44 günlük müharibədən əvvəl, savaşın gedişində və sonrasında səsləndirdiyi fikirləri yenidən təkrarladı.

Prezident söylədi ki, sonuncu dəfə 1988-ci ildə ermənilər tərəfindən zorla öz ata-baba torpaqlarından departasiya edilən azərbaycanlılar öz doğma torpaqlarına – Zəngəzura, Dərələyəzə, Göyçəyə, Vediyə, Zəngibasara, Basarkeçərə, Pəmbək mahalına qayıtmalıdır. Ölkə prezidentinin bu fikri cəmiyyətdə də çox xoş qarşılandı. Eyni zamanda, Azərbaycan dövlətinin gələcək planlarından xəbər verdi.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Publika.az-a açıqlamasında deyib ki, yüzminlərlə azərbaycanlı öz tarixi torpaqlarından etnik təmizləməyə məruz qalıb:

“Bunun nəticəsində soydaşlarımız yüzillərlə, minillərlə yaşadığı tarixi torpaqlarını tərk etməyə məcbur olublar. Bu gün kimlərlə ermənilərin Azərbaycanda yaşamağından danışırsa, onlar bilməlidirlər ki, azərbaycanlılar da öz ata-baba torpaqlarında yaşamalıdırlar. Onlar Zəngəzurda, Göyçə mahalında, İrəvanda yaşamaq hüququna nail olmalıdırlar. Mütləq ora qayıtmalıdırlar. Beynəlxalq təşkilatlar da bu istiqamətdə öz işlərini davam etdirməlidir. Bununla yanaşı, Azərbaycan bölgədə sülh, əməkdaşlıq istəyir. Bunun üçün Azərbaycan böyük layihələr həyata keçirir. Kommunikasiya layihələrini gerçəkləşdirir. Bu layihələrdən biri də bilavasitə Zəngəzur dəhlizi ilə bağlıdır”.
Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm