• USD 1,7000 0,00% EUR 2,0014 -0,31%
    • GBP 2,3463 -0,22% RUB 0,0234 -0,43%

Ermənilərin Şuşa ətrafına atəş açmasının əsas səbəbi... - POLKOVNİK AÇIQLADI

Ermənilərin Şuşa ətrafına atəş açmasının əsas səbəbi... - POLKOVNİK AÇIQLADI

"Biz işğalçı qüvvələri məhv edib torpaqlarımızı azad etmişik. Ancaq işğalçı dövləti düşmənçilik niyyətindən azad edə bilməmişik".

Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert qeyd edib ki, müharibənin bitməsindən 9 ay keçməsinə baxmayaraq sülh müqaviləsi bağlanmayıb və hələ də Ermənistan tərəfi təxribatlar törədir: “Azərbaycan Ordusu düşməni məhv edərək öz ərazi bütövlüyünü bərpa edib. Biz bilirdik ki, sərhəddə və sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ermənilər təxribat törədəcək. Yəni onlar öz çirkin niyyətlərindən hələ də əl çəkməyiblər. Ancaq Azərbaycanın müvafiq güc strukturları bu məsələlərlə bağlı qabaqlayıcı tədbirlər görüb. Müharibədən sonra Azərbaycan ərazisində olan bəzi terrorçu quruplar ələ keçirildi və istintaqa cəlb olundu".

Ş.Ramaldanov vurğulayıb ki, ermənilərin Şuşa ətrafına atəş açması rus sülhməramlılarının öz vəzifələrini tam yerinə yetirə bilməməyindən irəli gəlir: "Azərbaycan ərazisində yerləşən terrorçu dəstələr hələ də tərksilah edilməyib. Müharibə zamanı Ermənistan tərəfindən gətirilmiş muzdlu döyüşçülərin aqibətindən xəbər yoxdur. Yeni bir münaqişə yaranmaq ehtimalı yoxdur, çünki 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu məhv edilib. Ancaq biz hər şeyə hazır olmalıyıq, çünki Ermənistan tərəfi təxribatlar törədir. Baxmayaraq ki, seçkilər bitib və Paşinyan öz hakimiyyətini qurub, ancaq Ermənistan daxilində revanşist dəstələr kifayət qədər güclüdür. Həmin dəstələrdə xaricdən olan müəyyən qüvvələrin təsiri altındadır. Rusiya dövləti Ermənistanı yenidən silahlandırır. Onların Müdafiə naziri bəzən sərsəm bəyanatlar verir. Yəni Ermənistan daxilində gedən proseslər Azərbaycan ərazisində yaşayan ermənilərə müəyyən şəkildə təsir edir. Şuşada olan mövqelərimizin atəşə tutulmasıda müəyyən qədər bununla bağlıdır. Biz əsas məsələni həll etmişik və torpaqlarımızdan işğalçıları qovmuşuq. Azərbaycan Ordusu bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Azərbaycan Silahlı Qüvvələri hər hansı bir təxribatın qarşısını almağa qadirdir. Prezident İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı “Dəmir yumruq” haqqında öz sözünü deyib".

Rahib Ələsgərov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR