Ermənilərin sərhəd kəndlərindən çıxarılmasının səbəbi üzə çıxdı
Bizi izləyin

Nida Təhlil

Ermənilərin sərhəd kəndlərindən çıxarılmasının səbəbi üzə çıxdı

"10 noyabr üçtərəfli razılaşmasının bütün bəndləri yerinə yetirilməlidir. Son zamanlar ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında çıxmaq üçün artıq plan hazırlayırlar".

Bunu Publika.az-a açıqlmasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, bunlar o dəməkdir ki, Qazaxın kəndlərinin qaytarılması prosesi gedir: “Ermənilər bu ərazilərdən çıxmaqlarına bəzi bəhanələr uydururlar. Onlar guya yeni bir münaqişə yaranarsa, həmin torpaqlarda olan erməni vətəndaşların zərər görməməsi üçün bu addımı atırlar. Lakin reallıq budur ki, Qazaxın kəndlərinin qaytarılması ilə bağlı bu proseslər həyata keçirilir. Çünki əsas dəmir yolu xətlərindən biri məhz həmin kəndlərin ərazisindən keçir. Ermənistan tərəfi sadəcə bəhanələr gətirərək bunu öz xalqından gizlətməyə çalışır. Moskvada keçirilən görüşdən sonra bu məsələlərdə müəyyən qədər irəliləyiş olub. Yəni Azərbaycan öz tarixi torpaqlarını bərpa edir və vətəndaşlarımız yenidən öz yurdlarına qayıdacaq”.

A.Nağıyev vurğulayıb ki, Ermənistan tərəfi təxribatlar törətməklə yeni bir münaqişə yaratmaq istəyir: “Onlar bu cür təxribatlar törədərək dünyaya göstərmək istəyir ki, münaqişə bitməyib. Ancaq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni məhv edərək öz ərazi bütövlüyünü bərpa edib və münaqişəni bitirib. Bizim üçün ən vacib məsələlərdən biri sərhədlərin demarkasiya və delimitasiya olunmasıdır. Ermənistan tərəfi isə sərhəddə gərginlik yaradaraq bunun qarşısını almağa çalışır. Onlar nə qədər təxribatlar törətsə də Azərbaycan Ordusu onlara layiqincə cavab verir. Biz istəyirik ki, bölgədə sülh bərqərar olsun və bunun üçün addımlar atırıq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm