Paşinyanın atdığı addımlara diqqət etməliyik - Elxan Şahinoğlu
Bizi izləyin

Nida Təhlil

Paşinyanın atdığı addımlara diqqət etməliyik - Elxan Şahinoğlu

"Paşinyan fərqli heç bir çıxış etmir, müharibədən əvvəl nə deyirdisə, onu da təkrarlayır. Biz onlardan danışıqlarla bağlı addım atmalarını gözləyirik".

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan Ermənistanı məğlub edərək münaqişəni bitirib: “Biz Qarabağ məsələsini həll etmişik və qalan hədəflərimizə də çatacağıq. Qarabağda ümumi olaraq 20 minə yaxın erməni qalır və onlara heç bir status verilməyəcək. Bizim üçün ən önəmli məsələlərdən biri sülh danışıqlarının başlanmasıdır. Əsasən iki ölkə arasında olan komunikasiya xəttlərinin açılması gündəmdədir. Paşinyanın çıxışlarından çox atdığı addımlara diqqət yetirməliyik və o, hələ ki, heç bir addım atmayıb.

Azərbaycan Laçın dəhlizinə nəzarəti gücləndirməlidir. Ermənistan tərəfi sərhəddə təxribatlar törədərək bölgədə sülhün yaranmasına mane olur. Azərbaycan hökuməti sülh müqaviləsi ilə bağlı öz təkliflərini Ermənistan tərəfinə göndərib. Bu müqavilənin bağlanmasının vacibliyini onlar da çox yaxşı bilir".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm