BMT Ermənistan hökumətinə təzyiq göstərməlidir - Cavid Osmanov
Bizi izləyin

Nida Təhlil

BMT Ermənistan hökumətinə təzyiq göstərməlidir - Cavid Osmanov

“Prezident İlham Əliyev BMT-nin Azərbaycan üzrə xüsusi rezident kordinatorunu qəbul edərkən bir sıra vacib məsələlərə toxundu. Azərbaycanın hər zaman beynəlxalq hüquqa sadiqliyini bir daha vurğulamış oldu”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, İlham Əliyev çıxışında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 28 il müddətində icra olunmamasını təəssüflü bildirib: “Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünə ATƏT-in Minsk qrupu tərəfindən mandat verilib, ancaq onların uğurlu bir fəaliyyəti olmadı. Onlar müəyyən mənada Ermənistana qarşı heç bir təzyiq göstərmədilər. Qəbul edilmiş qətnamələrdə Azərbaycan torpaqlarından hərbi birləşmələrin çıxarılması qərarları kağız üzərində qalmış oldu. Azərbaycan Ordusu isə öz gücü hesabına 30 il müddətində Ermənistan tərəfindən işğala məruz qalan tarixi torpaqlarını azad etdi”.

C.Osmanov vurğulayıb ki, Qarabağ məsələsindən başqa digər problemlərdə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra olunur: “Nəzərə alsaq ki ATƏT-in Minsk qrupunun həmsədrləri dünyanın 3 böyük ölkəsindən biridir, onlar istədiyi anda Ermənistana təzyiq göstərərək qəbul edilmiş qətnamələri həyata keçirə bilərdilər. İndi isə Azərbaycan öz torpaqlarını işğaldan azad edərək yeni bir səhifə açıb. Azərbaycanın azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması və minalardan təmizlənməsi kimi hədəfləri var. Bizim ən böyük hədəflərimizdən biri də öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtmasıdır. Bu məsələlərdə də BMT-nin xüsusi rolu olmalıdır. Mina xəritələrinin Azərbaycan tərəfinə verilməsiylə və mədəni irsimizə qarşı etdikləri vandalizmlə bağlı Ermənistana təzyiqlər göstərməlidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm