Beynəlxalq qurumlar ermənilərə vəkillik edərək özlərini... - Musabəyov
Bizi izləyin

Nida Təhlil

Beynəlxalq qurumlar ermənilərə vəkillik edərək özlərini... - Musabəyov

"Əslində cənab prezident iradı BMT-yə yönəltməmişdi. Ona görə ki, BMT-nin Təhlükəsizlik Şurası tarpaqlarımızın işğaldan azad olunması ilə bağlı qərarları qəbul etmişdi. Baş Assambleyada iki dəfə qətnamə qəbul olunmuşdu. Orada Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxması tələb edilmişdi. Bu qətnamələrin icrası Minsk qrupunun üzvü olan 3 dövlət - onlar da BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir - bu məsələyə prinsipial yanaşmırdılar. Ermənistana heç bir təzyiq etmirdilər. Əksinə, Azərbaycanı beynəlxalq hüquqa zidd olaraq hansısa təslimçi sülhə vadar etmək cəhdləri müşahidə olunurdu".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan buna razılaşmadığı halda məsələ dondurulmuş şəkildə qalırdı:

"Deyirdilər ki, status-kvo dəyişilməlidir, ancaq məsələlər dinc şəkildə həllini tapmalıdır. Halbuki Ermənistan sırtıqcasına deyirdi ki, mən qalibəm və şərtlərim qəbul olunmalıdır. "Qarabağ Ermənistandır" deyən Paşinyan Şuşada nümayişkəranə şəkildə yallı gedirdi. Cənab prezident də BMT təmsilçisi ilə görüşdə bildirdi ki, Azərbaycan məcbur oldu. Bu, Azərbaycanın həmin məsələdə haqlı olduğunun bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırılması idi. Həmçinin Minsk qrupunun köhnə gündəliklə gəlib burada quyruq bulamasına heç bir ehtiyac yoxdur. Yeni reallıqları əks etdirən təklifləri varsa, buyursunlar. Əgər onlar köhnə gündəliklə Azərbaycanla yenidən masa arxasına oturacaqlarını düşünürlərsə, bu yanlış düşüncədir. Bu olmayacaq.

Digər irad YUNESKO ilə bağlı idi. Azərbaycan dəfələrlə YUNESKO-nu bölgəyə dəvət edib. Bildirib ki, işğal olunmuş ərazilərdə bizim mədəni-tarixi abidələrimiz dağıdılır".

Deputat deyib ki, adıçəkilən təşkilat isə bundan boyun qaçırdı:

"Səbəbi isə bəlli idi, YUNESKO-nun icraçı direktoru Fransa vətəndaşı idi. O, imkanlı, nüfuzlu erməni diaspor nümayəndələrinin təsiri altında bundan boyun qaçırırdı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ermənilər bütün dünya qarşısında zarımağa başladılar ki, bizim Azərbaycan ərazisində hansısa "abidəmiz" qalıb, onlara təhlükə yaranıb, YUNESKO gəlib onları qeydə alsın. YUNESKO gəlmək istəyəndə biz dedik ki, dayanın, biz çağıranda gəlmirdiniz. Gəlirsinizsə, əvvəlcə ermənilərin bizim abidələrimizə qarşı vəhşiliklərini qeydə alın. Sonra da gedib ermənilərin istəkləri ilə məşğul ola bilərsiniz. YUNESKO Azərbaycanın tələblərini qəbul etməyə məcbur oldu. İndi ermənilər bundan boyun qaçırırlar. Ermənilər yaxşı anlayırlar ki, onların abidələrinə heç nə olmayıb. Onlar bizim abidələrimizi dağıdıb yaman günə qoyublar. 25-30 il nəzarətsiz qaldığı üçün dağılmayıb. Bu belə deyil. 300-500 il dağılmayan abidələr 25-30 ildə dağıldı?! Bunun məsuliyyəti var. Beynəlxalq qurumlar ermənilərə vəkillik edərək özlərini biabır etməsinlər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm