Nida Təhlil
Bu, tarixi hadisədir - Nəsib Məhəməliyev
"Uzun fasilədən sonra Vaqif Poeziya Günlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi şübhəsiz ki, tarixi hadisədir. 28 il erməni əsirliyində qalmış Şuşaya milli ruhun, ab-havanın, nəfəsin qayıtmasıdır. Bu, Ulu öndər Heydər Əliyevin hələ sovetlər zamanı inşa etdirdiyi görkəmli Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsinin və əsasını qoyduğu tarixi ənənənin bərpasıdır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, Vaqif Poeziya Günlərinin bərpası mədəniyyət hadisəsi olmaqla bərabər, siyasi hadisədir:
"Prezident İlham Əliyevin açılış mərasimində etdiyi çıxış xalq tərəfindən maraqla qarşılandı və özünəməxsusluğu ilə yaddaşlara həkk olundu. "Bütün Azərbaycan xalqı, o cümlədən də mən fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Ancaq həyat göstərdi ki, ədalət var. Sadəcə olaraq dözümlü olmaq lazımdır, səbrli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi…" 30 illik işğaldan sonra ölkə başçısının dilindən bu sözləri ilk dəfə eşitmək hər bir insanda gələcəyə, ədalətə inam hissini artırır. Qısa zaman kəsiyində Şuşada görülən işlər, dahi Üzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, Vaqifin büstünün, qəbirüstü məqbərəsinin, Bülbülün ev-muzeyinin, məscidlərin və digər tarixi abidələrin bərpası Şuşanı erməni şəhəri kimi təqdim etmək istəyən qüvvələrə və Ermənistana verilmiş ən dəqiq cavablardır. Cənab Prezidentin faktlara söykənən çıxışındakı mesajlar bir daha dünyaya göstərdi ki, Şuşanın yeri hər bir azərbaycanlının qəlbindədir və heç vaxt onun mənsubiyyəti müzakirə predmeti ola bilməz".
Tural Turan
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var










.jpg)









.jpg)





.jpg)












