Nida Təhlil
Deputat vaksin növbəsindən danışdı: “TƏBİB-in üzərinə ciddi iş düşür”
“Mətbuatdan, mediadan oxuduğumuz xəbərlərdən də görürük ki, bəzi hallarda poliklinikaların qarşısında çox böyük izdihamlar olur. Əlbəttə, bunun qarşısı alınmalıdır. Açıq havada olmasına baxmayaraq, insanların sıx toplaşması yeni yoluxmalara gətirib çıxara bilər. Nəzərə alaq ki, bir neçə müddət öncə ölkəmizdə “delta” ştammı da aşkarlanıb. Ekspertlər bu ştammın sürətli yayılmasını dəfələrlə qeyd ediblər. Bu baxımdan əgər vətəndaşlar onlayn şəkildə vaksinasiyadan keçmək üçün növbə götürürlərsə, buna riayət olunmalıdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, burada məsuliyyət təkcə poliklinikaların üzərinə düşmür:
“Saxta pasport verənlər də aşkarlanıb və onlar ifşa olunublar. Onlara qarşı cinayət işi açılır. Növbəlilik əsasında müəyyən neqativ hallara da yol verilir. Bu halları yaradanlara qarşı ciddi cəza tədbirləri görülməlidir. Vətəndaşlar vaksinləşmə prosesində iştirak edirlərsə və insanların sayında günbəgün artım müşahidə olunursa, burada yeni üsullara əl atılmalıdır. Həm növbəlilik əsasında, sosial məsafə gözlənilməklə bu proses həyata keçirilməlidir, həm də çöl şəraitində”.
Deputatın fikrincə, son dönəmlər vətəndaşlar vaksinləşmə prosesinə daha fəal qoşulurlar:
“Biz gündəlik statistik rəqəmlərə nəzər salanda görürük ki, peyvənd olunanların sayı 100 mindən çoxdur. Bu, çox yaxşı nəticədir. İnsanlar vaksinləşmə prosesində fəal iştirak etməklə virusa birgə qalib gəlmək üçün öz töhfələrini verirlər. Bu dinamika nə qədər sürətli, yüksələn xətt üzrə inkişaf edəcəksə, ölkəmizdə bir o qədər tez kollektiv immunitet formalaşacaq. Bu da tədricən köhnə həyatımıza qayıtmağı sürətləndirəcək”.
Cavid Osmanov əlavə edib ki, TƏBİB-in üzərinə ciddi iş düşür:
“Poliklinikalar gündəlik imkanlarını nəzərə alaraq həmin sayda vətəndaş qəbul etməlidir. Bundan sonrakı müraciətləri ertəsi günə yazdıra bilərlər. Bu baxımdan TƏBİB vaksinasiya növbəliliyi ilə bağlı yenidən nizam, qayda-qanun həyata keçirməlidir ki, həm vətəndaşlar narazı qalmasınlar, həm də kütləvi toplaşmanın qarşısı alınsın. İstər TƏBİB, istərsə də Səhiyyə Nazirliyi daxili işlər orqanlarına bununla bağlı müraciət etməlidir. Onlar da buna müsbət cavab verərək bu işdə poliklinikalara öz köməkliklərini göstərə bilərlər. Əgər müraciət etmirlərsə, poliklinikalar öz əməkdaşlarının gücü hesabına səhiyyə ocağının içərisində və çölündə növbəliliyin həyata keçirilməsi üçün müvafiq ciddi tədbirlər görməlidir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan vaksinləşmə prosesinə ilk başlayan ölkələrdəndir:
“Bu ilin yanvarından ölkəmizdə vaksinləşmə həyata keçirilir. Ölkəmizdə vətəndaşlarımızın peyvəndlənməsi üçün kifayət qədər vaksin ehtiyatı mövcuddur. Azərbaycana Çin, Rusiya və Avropa istehsalı olan müxtəlif adlarda vaksinlər gətirilib. Bu da dövlətin öz vətəndaşına nə qədər böyük önəm verdiyinin göstəricisidir”.
Tural Turan
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər



















.jpg)
















