Ermənilərin çıxış yolu yoxdur - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənilərin çıxış yolu yoxdur - Politoloq

“Terrorçu dəstələr Qarabağda təxribatlar törətməyə davam edərək çalışırlar ki, bu ərazilərdə qeyri-sabitlik davam etsin. Ermənilər guya regionda sülhün olmadığını dünyaya göstərmək istəyirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan terrorçu dəstələrin cavabını layiqincə verir: “Azərbaycan hökuməti Rusiyanın sülhməramlı qüvvələrini təxribatlar haqqında məlumatlandırıb və adekvat cavab tədbirləri görüləcəyini qeyd edib. Əvvəl olduğu kimi indi də Azərbaycan təxribatların qarşısını alır və qarşı tərəf itkilər verir. Bu əməlləri törədənlər İrəvanın indiki siyasətinə zərbə vurmaq istəyən siyasətçilərdir. Həmin insanların içərisində Robert Koçaryan, Serj Sarksiyan var. Bu cür insanların hər birinin öz dəstələri var və onlar Qarabağda sabitlik olmaması üçün çalışırlar. Guya bu mövzu ətrafında onlar birləşərək mübarizə aparırlar. Ancaq onların cəhdləri boşa çıxır, çünki Azərbaycan Ordusu öz sözünü deyib”.

Tofiq Abbasov vurğulayıb ki, ermənilər Azərbaycanın yaratdığı reallıqla barışmalıdır: “Prezident İlham Əliyev də bildirdi ki, orada yaşayan ermənilərə status verilməyəcək. Azərbaycan bu məsələni ümumiyyətlə gündəmdən çıxarıb. Artıq təmas xətti yoxdur, biz yeni status yaratmışıq və ermənilər bununla barışmalıdırlar. Görünür ki, Ermənistan hakimiyyəti olanlardan az da olsa, dərs çıxarıb və onların siyasəti dəyişməyə başlayıb. Onlar bütün alternativləri gözdən keçirdilər və anladılar ki, çıxış yolu yoxdur. Ermənistan firavan yaşamaq istəyirsə, Azərbaycanın dedikləri ilə razılaşmalıdır. Ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülh danışıqlarına başlamalıdır. Onlar öz subyektivliyini onsuz da itirib və bütün geosiyasi planlardan kənarda qalıb. Ona görə də ermənilər çalışıb Azərbaycanla sülh danışıqlarına başlamalıdır. Azərbaycan yaranmış gərginliyi birdəfəlik bitirəcək”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm