Bu proseslərin qurbanı Paşinyan olacaq - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu proseslərin qurbanı Paşinyan olacaq - Politoloq

“Paşinyan bilir ki, onun qurtuluşu Azərbaycandan asılıdır. Ermənistan daxilində olan revanşist qüvvələr Paşinyanın və erməni xalqının düşmənləridir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan müharibə dövründə Ermənistana diz çökdürüb: “Onlar 200 ilə yaxındır ki, türklərə qarşı zorakılıq törədib, özlərinin olmayan torpaqlara göz dikiblər. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında 200 illik müharibəni qalib olaraq bitirib onları yerinə otuzdurdu. Ermənilər Azərbaycanın qanunvericiliyinə tabe olaraq bu ərazilərdə yaşaya bilərlər. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə bu proseslərdə qəti mövqe sərgiləyir. Paşinyan isə indi anlayır ki, rəhbər kimi onun çıxış yolu Azərbaycandan asılıdır. Onlar separatizm əməllərindən əl çəkməsə, ərazi bütövlüyümüzü tanımasa, bu proseslərin hər birinin qurbanı Paşinyan özü olacaq”.

T.Abbasov vurğulayıb ki, Paşinyan yaranan boşluğu özü doldurmalıdır: “Prezident İlham Əliyev Qarabağda heç bir boşluğa imkan vermir. Orada tikinti və quruculuq işləri sürətlə davam edir. Paşinyan isə daxildə olan revanşist qüvvələri və bəzi boşluqları aradan qaldıra bilmir. O, nə baş verdiyini anlayır, ancaq cəsarəti çatmır ki, ölkə daxilində siyasi rəhbər kimi bütün prosesləri öz nəzarətinə keçirsin. Azərbaycanda isə hər şey yüksək səviyyədədir, çünki Prezident özü nəzarət edir. Bizdə xalq və hakimiyyət arasında birlik var və bir nöqtədə birləşirlər.

Paşinyan Azərbaycanın dedikləri ilə razılaşmasa, daxildə olan revanşistlərə məğlub olacaq. Biz müharibə olmadan əvvəl demişdik ki, əgər İrəvandan Xankəndiyə təyyarə uçarsa, onu vuracağıq və onlar cürət edib oraya təyyarə ilə gələ bilmədilər. Çünki qorxdular və biz onları vursaq belə, heç kəsin qarşısında gözükölgəli olmayacaqdıq. Hər bir dövlət bizim ərazi bütövlüyümüzə hörmət etməlidir. Bizim təyyarələr isə artıq Ermənistanın üzərindən uçur. Bunun səbəbi bizim sülh tərəfdarı olmağımızdır. Bölgədə sülhün olması ermənilər üçün hava, su qədər lazımdır. Ermənilər bizimlə təhdidlə danışa bilməz, çünki Prezident İlham Əliyev qeyd edib ki, dəmir yumruq yerindədir və hər an işə düşə bilər. Yəni onlar bizim ərazi bütövlüyümüzü tanımalıdırlar və bölgədə sülh bərqərar olmalıdır. Ölkə başçısı göstərdi ki, biz alicənab mövqe sərgiləyirik. Biz səfalət içində olan erməni xalqına gülmürük, əksinə, saxtakar erməni siyasətçilərə başa salırıq ki, xalqı düz yola çəksinlər”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm