Bu postlar lazımi texnikalarla təchiz edilməli və... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu postlar lazımi texnikalarla təchiz edilməli və... - Politoloq

“Biz əminik ki, həmin bölgədəki vəziyyət Azərbaycan Ordusunun nəzarətindədir. Bütün nəqliyyat vasitələrinin marşrutları və daşınılan yüklər bizim diqqətimizdən kənarda ola bilməz”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan bütün prosseslərə nəzər yetirir: “Prezident İlham Əliyev də vurğulayırdı ki, orada baş verən bütün hadisələrdən xəbərdarıq və peyklər vasitəsilə sübutlar əldə edirik. Burada hər hansısa bir hadisə qanundan kənar xarakter daşıyırsa, onun qarşısı alınmalıdır. Qonşu dövlətlər məkrli planlar qurursa və digər ölkələr onlara dəstək durursa, Azərbaycan öncə diplomatik yollar vasitəsilə öz mövqeyini bildirir. Bu cür yollarda olan postlarımız lazımi texnikalar ilə təchiz edilməli və elektron vasitələrdən istifadə edərək stabil əlaqə yaradılmalıdır. Çünki kənar qüvvələr bu ərazidə normal düşüncəsi olmayan Ermənistan dövlətinin əli ilə bəzi insidentlər törədə bilərlər”.

T.Abbasov vurğulayıb ki, hər hansısa bir ölkədən gələn yük Azərbaycan ərazisindən keçirsə, həmin yükləri yoxlamaq vacibdir: “Müharibənin bitməyinə baxmayaraq, Ermənistan yeni bir müharibəyə hazırlaşır. Müxtəlif mənbələrdən xəbərlər gəlir ki, onlar hazırlıqlara və yenidən Rusiyadan silahlar almağa başlayıblar. Ermənistan sülh danışıqları haqqında bəyanat verir, ancaq sülhə silahlanma ilə hazırlaşmırlar. İstənilən nəqliyyat vasitəsi Azərbaycan ərazisindən keçirsə, onlara güclü nəzarət edilməlidir. Bütün yük maşınları yoxlanmalıdır. İran özüdə bölgədə sabitliyin olmasının zəruriliyini qeyd edib. Hətta müharibə dövründə Ermənistan tərəfindən atılan mərmilərin bəziləri İran ərazisinə düşmüşdü və orada yaşayan insanların həyatına da təhlükə yaranmışdı. İran şimal sərhədində sabitliyin bərqərar olunmasını istəyirsə, onlara silahların daşınmasına kömək etməsin. Çünki Ermənistan xəstə düşüncəli olan bir dövlətdir. Onlar hələ də bizdən əvəz çıxmağa çalışırlar. Əgər İran öz prinsiplərinə bu qədər sadiqdirsə, ermənilərin anti-islam fəaliyyətinə icazə verməməlidir. Qarabağ azad olunduqdan sonra hər kəs gördü ki, orada olan bütün məscidlər dağıdılıb. Ermənistan tək Azərbaycanın milli- mədəni irsinə deyil, islam sivilizasiyasının incilərinə qarşı vandalizmə yol verib”.

Rahib ƏIəsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm