Lyuk Koffi: "BMT istəksizlik sərgilədi, Azərbaycan özü həll etdi”
Bizi izləyin

Nida Təhlil

Lyuk Koffi: "BMT istəksizlik sərgilədi, Azərbaycan özü həll etdi”

"Yalnız bir il öncəki Qarabağ savaşına baxa bilərik. Bu müharibədə Azərbaycan münaqişənin BMT və ATƏT tərəfindən təxminən 30 il ərzində uğursuz nizamlanmasından sonra 90-cı illərdə qəbul edilmiş dörd BMT qətnaməsini özü icra etməyə məcbur qaldı".

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər veri ki, bunu Vaşinqtonun “Heritage Foundation” araşdırma institutunun hərbi eksperti, Duqlas və Sara Allison Siyasi Mərkəzinin direktoru Lyuk Koffi deyib.

"BMT bu məsələnin həllində tam olaraq istəksizlik və könülsüzlük nümayiş etdirdi”, - deyə amerikalı politoloq bəyan edib.

O, buna səbəb kimi təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvləri arasındakı ziddiyyətləri göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm