Həmin qüvvələr bu vəziyyəti ciddi dəyərləndirməlidir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Həmin qüvvələr bu vəziyyəti ciddi dəyərləndirməlidir - Politoloq

“Prezident İlham Əliyev öz çıxışında yeni yaranmış reallığı görüb qəbul etməyən qüvvələrə bəzi mesajlar ünvanlayıb. Biz yeni reallıq dedikdə həm bölgədə kommunikasiya vasitələrinin açılmasını, həm də Qarabağın dirçəlişini nəzərdə tuturuq”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsi bir çox geosiyasi dəyişikliklərə gətirib çıxardı: “Vətən müharibəsi dövründə bir çox böyük dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Biz BMT-nin 4 qətnaməsinin həllini öz üzərimizə götürərək onun öhdəsindən gəldik. Bir daha göstərdik ki, bu cür beynəlxalq təşkilatlar öz qərarlarının həyata keçməsi üçün çalışsınlar. Bəzi qüvvələr isə yeni yaranmış reallıqları görmək istəmirlər. Onlar yaxşı bilirlər ki, baş verən dəyişikliklər qaçılmazdır. İndi isə Azərbaycanın çağırışlarına bir çox dövlətin siyasi qüvvələri səs verirlər. Biz bu proseslərdə bütün tərəfdaşlarımızı gözləyirik. Azərbaycanın həyata keçirdiyi layihələr tək özü üçün deyil, həm də bölgə üçün önəmlidir”.

T.Abbasov vurğulayıb ki, işğalçı dövlətə dəstək verənlərin heç biri uğur qazanmayacaq: “Azərbaycan qlobal sistemə öz quruculuq töhfələrini verməyə davam edir. Bəzi təxribat yönümlü çıxışlar edən qüvvələr çalışır ki, bu bölgədə sabitlik olmasın. Çünki belə olduğu halda müəyyən qüvvələr özlərində güc tapırlar. Onlar əllərinin altında olan alətlərdən istifadə edib gərginliyi artırmaq istəyirlər. Sözsüz ki, bu alətlərdən biri də Ermənistandır və o dövlət xaricdən idarə olunan bir oyuncaqdır. Özləri də etiraf edirlər ki, onlar üçün diasporanın fəaliyyəti son dərəcə vacibdir. Hər kəs görür ki, orada mərkəzləşmiş idarəetmə sistemi yoxdur. Həmin qüvvələr indi də Ermənistana dəstək göstərirlər və onların məkrli planları var. Onlar heç erməni xalqına da inanmırlar. Həmin qüvvələr Azərbaycana təzyiq göstərə bilməz. Azərbaycan bu müharibəni ona görə aparmadı ki, kimlərinsə dediklərini yenidən icra etsin. Heç kəs bizi Ermənistanla səhv salmasın. Həmin qüvvələr bu vəziyyəti ciddi dəyərləndirməlidir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm