Yeni təxribatlara cəhd göstərsələr, qaldığımız yerdən davam edəcəyik - Politoloq
Bizi izləyin

Nida Təhlil

Yeni təxribatlara cəhd göstərsələr, qaldığımız yerdən davam edəcəyik - Politoloq

"Biz görürdük ki, danışıqlar nəticə vermir və bunu hər fürsətdə beynəlxalq ictimaiyyətə çatdırırdıq. Ermənistan isə öz çirkin əməllərindən əl çəkmək istəmirdi".

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona” hərbi jurnalına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistan sülh yolu ilə torpaqları vermək niyyətində deyildi: "Azərbaycan ermənilərin məkrli siyasətini bildiyi üçün öz ordusunu gücləndirib. Biz yeni silahlar alaraq müharibəyə hazırlıq görürdük. Ermənilərin son təxribatları isə artıq səbrimizi daşırdı. Öz gücümüz hesabına torpaqlarımızı düşməndən azad etdik. Qazanılan qələbə başımızı ucaltdı və BMT-nin 4 qətnaməsini özümüz icra etdik. "

E.Şahinoğlu vurğulayıb ki, biz illərlə qəbul edilmiş qətnamələrin icra olunmasını istədik: "Azərbaycan bir müddətə qədər səbr edib, ancaq sonda isə güc hesabına torpaqlarını düşmənlərdən təmizləyib. Qəbul olunmuş qətnamələri Azərbaycan Ordusu icra edib. İndi isə biz tələb edirik ki, Zəngəzur dəhlizi açılsın. Bundan sonra sərhədlər dəqiqləşdirilib sülh müqaviləsi imzalanmalıdır. İndi Ermənistanın hərbi gücü Azərbaycan tərəfindən darmadağın edilib. Hərbi texnikalarının 80 faizini ordumuz məhv edib. Onlarn bizimlə müharibə edəcək gücü qalmayıb. İkinci Qarabağ müharibəsi göstərdi ki, sərsəm çıxışların nəticəyə heç bir təsiri yoxdur. Biz torpaqlarımızı azad edərək tarixi ədaləti bərqərar etmişik. İndi də bəzi təxribat yönümlü çıxışlar edilir, ancaq bunlar real çıxışa əsaslanmır. Əgər yeni təxribatlara cəhd göstərsələr, Prezident İlham Əliyevində dediyi kimi qaldığımız yerdən davam edəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm