• USD 1,7000 0,00% EUR 1,9768 -0,23%
    • GBP 2,3451 -0,16% RUB 0,0239 -0,42%

Paşinyan Putinin dəstəyini buna görə itirdi, Əliyev isə... - Krutakov

Paşinyan Putinin dəstəyini buna görə itirdi, Əliyev isə... - Krutakov

Bakının belə sürətli qələbəsini gözləmirdim.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

Ekspert müharibənin başladığından media vasitəsilə xəbər tutduğunu bildirib:

“İrəvanda hakimiyyət dəyişikliyindən və Paşinyanın Putinin Köçəryanla bağlı xahişinə açıq şəkildə məhəl qoymamasından sonra Ermənistanın Moskvanın birbaşa və qeyd-şərtsiz dəstəyini itirdiyi aydın idi. Tarazlıq vəziyyəti pozuldu və maraqlı tərəflərin Qarabağ məsələsini yenidən gündəmə qaytaracağı gözlənilirdi. İlham Əliyev mövcud vəziyyətdən mükəmməl şəkildə istifadə etdi: Moskvanın məsələdən uzaqlaşdırılmasına və Ankaranın dəstəyinə nail oldu. Bakının belə sürətli qələbəsini gözləmirdim. Bu, erməni ordusunun mənəvi və hərbi tənəzzülünün, Ermənistanın yeni rəhbərliyində siyasi iradənin olmamasının sübutu idi”, – deyə mütəxəssis bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR