Liderlər Soçidə nədən danışdı?: Kreml sahibi anlayır ki, Qarabağda...
Bizi izləyin

Nida Təhlil

Liderlər Soçidə nədən danışdı?: Kreml sahibi anlayır ki, Qarabağda...

Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında Soçidə başa çatan görüşdə liderlər Qarabağla bağlı da fikir mübadiləsi aparıblar. Kreml sahibi görüşün mətbuat üçün açıq hissəsində Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib: “Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir”. Vladimir Putin bu əməkdaşlığın sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatı adlandırıb.

Publika.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq xatırladıb ki, Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib:

"Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək. Ancaq Putin eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir.

Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm