Əgər Tehran dürüstdürsə... - Ağar AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Əgər Tehran dürüstdürsə... - Ağar AÇIQLADI

“İran Azərbaycana böhtan atır, özü də səhv etdiyini başa düşür. Baş verənlərin səbəbi odur ki, Tehran öz-özlüyündə narahat idi, amma onun hesablamaları düz çıxmadı. İran indi Azərbaycana qarşı həm öz hərəkətlərini maskalamağa, həm də ona təzyiq göstərməyə çalışır”.

Bunu Publika.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. O bildirib ki, İran Azərbaycandan qorxmamalıdır:

“Azərbaycanın İranın torpağında gözü yoxdur. Üstəlik, Azərbaycan İranda sabitliyi pozmaq istəmir və belə bir niyyətdə deyil. Amma İran öz hərəkətlərindən qorxmalıdır. Eyni zamanda İran öz qorxularından narahatlıq keçirə bilər. Tehran Bakının yolunu kəsməyə çalışmamalıdır. İran Azərbaycanı zəif görməsin. Tehran öz siyasətində dürüstdürsə, əməkdaşlıq etdiklərinə dişlərini qıcasın. Gedib onlarla vuruşsun”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm