İlham Əliyevin 120 dövlətə çatdırdığı Qarabağ həqiqəti
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevin 120 dövlətə çatdırdığı Qarabağ həqiqəti

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı ən mühüm məqamlardan biri Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini vurğulaması idi.

Azərbaycan lideri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu.

“Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”, - Prezident bəyan edib.

İlham Əliyev münaqişənin bitdiyi, regionda yeni reallığın yarandığını müxtəlif beynəlxalq platformalarda bəyan edir, beynəlxalq ictimaiyyətin diqqətini postmünaqişə dövrünə cəlb edir.

Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında bunun bəyan edilməsi xüsusilə önəmlidir.

Birincisi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük və nüfuzlu təşkilatdır: BMT Baş Assambleyasının 76-cı sessiyasında münaqişənin bitdiyini diqqətə çatdıran və postmünaqişə dövrü ilə bağlı mühüm mesajlar verən Prezident İlham Əliyev dünyanın ikinci ən mühüm tribunasından da yeni reallığı bəyan etdi;

İkincisi, Qoşulmama Hərəkatı 120 üzv dövləti, müşahidəçi qismində təmsil olunan 17 ölkə və 10 beynəlxalq təşkilatı özündə birləşdirir: münaqişənin bitdiyinin bu tribunadan bəyan edilməsi yeni reallığı hərəkatın əhatə etdiyi dövlətlərə və təşkilatlara çatdırılması baxımından əhəmiyyətlidir;

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm