Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu artırır – İlham Əliyevin strateji addımları
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Qoşulmama Hərəkatının nüfuzunu artırır – İlham Əliyevin strateji addımları

Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısı keçirildi. Toplantı həm QH-nin fəaliyyətinin dəyərləndirilməsi, həm yeni prioritetlərin müəyyən edilməsi baxımından əhəmiyyətli idi.

Azərbaycan Prezidentinin çıxışında bu məqamlar aydın şəkildə öz əksin tapdı.

Prezident çıxışında Hərəkatın tarixi, prinsipləri, aktuallığından, Azərbaycanın Hərəkata üzvlüyü və sədrliyindən bəhs etdi. Azərbaycan Prezidenti həmçinin Hərəkatın gələcək fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib.

Azərbaycan Qoşulmama Hərəkatına 219-cu ildən sədrlik edir: QH-nin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş 18-ci Zirvə Görüşü zamanı Azərbaycan QH-də sədrliyi qəbul edib. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin QH üzv dövlətlərinin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

Bu, Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin qlobal nüfuzundan qaynaqlanırdı. Və təbii ki, bu nüfuz Prezident İlham Əliyevin Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi siyasətin nəticəsində əldə olunub.

Qoşulmama Hərəkatı özündə 120 dövləti birləşdirir və dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Azərbaycanın bu qədər böyük və nüfuzlu təşkilata sədrlik etməsi, sədrlik müddətinin daha bir il uzadılması istəyi də ölkəmizin beynəlxalq nüfuzundan qaynaqlanır.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladıqdan sonra Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində ciddi işlər həyata keçirib. Koronavirus pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək, sədrliyini müvəffəqiyyətlə həyata keçirdi.

Covid-19 pandemiyası bütün dünyada təlatümlər yaradarkən, beynəlxalq münasibətlərdə də ciddi risklər yarandı. Prezident İlham Əliyev pandemiyaya qarşı qlobal mübarizənin liderləri sırasında dayandı. Azərbaycan lideri Qoşulmama Hərəkatının sədri kimi hərəkətə keçdi.

- Pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi;

- BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamə qəbul olundu;

Bu, Azərbaycanın və onun liderinin təşəbbüsləri ilə reallaşdı və bu addımlar Qoşulmama Hərəkatının da imicinin möhkəmlənməsinə böyük töhfə verdi.

Bununla yanaşı, Azərbaycanın sədrliyi dövründə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə böyük töhfələr verildi, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıldı. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusunda keçirilmiş sammitində tarixdə ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmilərinin çıxış etməsi bunun nümunəsidir. Azərbaycan bu təşəbbüslə bütün dünyanı bəşəri bəlaya qarşı birləşdirdi və QH-nin əlaqələrini genişləndirdi.

- 4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası;

- 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası;

- BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə;

- Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH Modeli Beynəlxalq Simulyasiya Təliminin təşkil edilməsi;

Bunlar Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş böyük proseslərdir.

Azərbaycanın qarşıdakı dövrdə də prioritetləri var və Prezident İlham Əliyev çıxışında bu məsələlərə də toxundu.

1. QH-nin COVID-19-dan sonra daha yaxşı bərpa üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması: Azərbaycan Prezidenti belə panelin yaradılmasının vacibliyini bu ilin sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib;
2. QH-nin təşisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi;
3. QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
4. QH-nin gənclər şəbəkəsinin formalaşdırılması;

Azərbaycan lideri QH-yə sədrliyi müddətində həm ölkəmizin, həm də Hərəkatın beynəlxalq nüfuzunu gücləndirir. İndiyə qədər həyata keçirdiyi işlər və bundan sonra həyata keçiriləcək prioritetlər bunun təsdiqidir.

Qeyd edək ki, Qoşulmama Hərəkatı ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıbdır. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə QH-nin institusional əsası qoyulubdur.
QH-nin hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. QH-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə Görüşləri QH-nın ən ali toplantısıdır. Sammitlər 3 ildən bir Baş Assambleyanın ümumi müzakirələrindən ən azı bir ay əvvəl keçirilir.

Azərbaycan 2011-ci ildə QH-na tam hüquqlu üzv qəbul olunub. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunubdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu QH-na üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. QH-na sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıbdır. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

Azərbaycan QH-nin sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada QH-nin 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı Azərbaycan, QH sədri kimi mübarizə aparıbdır. Azərbaycan QH adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.

Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıbdır ki, bunun 5 milyonu zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldilib. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilibdir. Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.

QH üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi QH sənədlərində dəstəklənibdir.

Vətən Müharibəsi dövründə QH üzvlərinin güclü siyasi həmrəyliyini və dəstəyini hiss etdik. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-nin və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm