İtaliyanın bu proseslərdə yaxından iştirakı heç də təsadüfü deyil - Deputat
Bizi izləyin

Nida Təhlil

İtaliyanın bu proseslərdə yaxından iştirakı heç də təsadüfü deyil - Deputat

Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir sıra vacib məqamlara toxundu. Həm regional məsələlər, o cümlədən işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası işlərinin həyata keçirilmə mərhələsi, həm də Əfqanıstanla, İranla bağlı münasibətlər, Avropa İttifaqı ilə mövcud vəziyyətin hansı yerdə olması ilə bağlı bir çox mesajlar verildi. O cümlədən Azərbaycan-İtaliya münasibətlərindən də söhbət açıldı və cənab Prezident qeyd etdi ki, məhz 30 il müddətində erməni vandalları tərəfindən Azərbaycanın 20% torpaqları işğala məruz qoyulduğu zaman bu ərazilər tamamilə darmadağın edilib. Vətən müharibəsində Azərbaycan öz torpaqlarını parlaq qələbə qazanaraq işğaldan azad etdiyi zaman da İtaliya Azərbaycana, yəni ədalətə ən böyük dəstək verən ölkələrdən biri idi.

Bunu Publika.az-a millət vəkili Cavid Osmanov deyib.

Deputat bildirib ki, İtaliya ədalətin yanında öz yerini tutdu və Azərbaycana dost ölkə olduğunu öz münasibətində göstərmiş oldu: “Azərbaycan-İtaliya münasibəti yüksək səviyyədə qurulub. Ölkəmizlə İtaliya arasında mühüm sənədlər imzalanıb. Dövlət başçısı xüsusilə də Trans-Adriatik boru xəttininnin önəmini qeyd etdi. Ötən ilin dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bütün bunlar Azərbaycan-İtaliya arasında olan uğurlu münasibətlərin bir hissəsidir. Cənab Prezident müsahibəsində də qeyd etdi ki, yenidənqurma və bərpa işlərində ilk xarici ölkə olaraq qardaş Türkiyə şirkətləri yaxından iştirak edir. İkinci ölkə isə məhz İtaliyadır. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında, enerji təmiantında iştirak edir. Biz haqlı olaraq bu addımı atmışıq.

Vətən müharibəsi bitən kimi də cənab Prezident qeyd etmişdi ki, işğaldan azad olunan ərazilərin yenidən qurulmasında və bərpasında ilk olaraq Azərbaycana dost olan ölkələr iştirak edəcək. Artıq biz bunu əməldə görürük. İtaliya ilə ölkəmiz arasında strateji tərəfdaşlıq haqqında saziş də imzalanıb. Bu baxımdan da İtaliyanın bu proseslərdə yaxından iştirakı heç də təsadüfü deyil. Biz 44 günlük Vətən müharibəsində kimin dost olduğunu, yanımızda olduğunu, kimin isə qarşımızda dayandığını həmin dar günlərdə gördük. İtaliya bizim dar günümüzdə siyasi meydanda yanımızda yer alan ölkələrdən oldu. Bu da hazırkı mərhələdə əməldə özünü büruzə verir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm