İranın əl-ayağa düşməsinin əsas səbəbi... - Azər Badamov
Bizi izləyin

Nida Təhlil

İranın əl-ayağa düşməsinin əsas səbəbi... - Azər Badamov

Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində İran-Azərbaycan münasibətlərində yaranmış gərginliklə bağlı münasibətini bildirdi. Azərbaycan müstəqil ölkədir və dostlarını özü seçir. Ona görə də hər bir dövlətin saxta ittihamlarına və uğurlarımıza kölgə salmaq cəhdlərinə qarşı mübarizə aparmaq iqtidarındayıq.

Bunu Publika.az-a millət vəkili Azər Badamov deyib.

O bildirib ki, əvvəlcə İran mollalarının, sonra da rəsmi şəxslərin Azərbaycana qarşı səsləndirdikləri iddialar yersizdir: "İran Azərbaycanı İsraili Qarabağa gətirməkdə ittiham edir. Qeyd edim ki, Azərbaycan suveren ölkədir, yürüdülən siyasətini və kimi ölkəsinə gətirəcəyini özü müəyyənləşdirir, heç kimlə məsləhətləşmir, kiminsə diktəsinə uyğun hərəkət etmir. İkincisi isə işğaldan azad olunmuş ərazilərdə hələ də həyat yoxdur və bunu hər kəs görə bilir. Əslində, İranın ölkəmizə qarşı saxta ittihamlar səsləndirməkdə məqsədi başqadır. İranın belə əl-ayağa düşməsinin əsas səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən irəli gəlir".

A.Badamov qeyd edib ki, torpaqlarımız erməni işğalı altında olduğu dövrdə İran Ermənistanla və Qarabağla geniş şəbəkə qurmuşdu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi İranın bu niyyətlərinin həyata keçirilməsində çətinlik yaratdı: "Çünki Ermənistanı İrana birləşdirən əsas avtomobil yolu Azərbaycanın nəzarəti altına düşdü və oradakı daşımalara əyani nəzarət etməyə başlamışıq. Bu da Azərbaycanın ərazisinə qanunsuz yüklərin daşınmasına maneçilik yaratdı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə nəzarət etməsi İranı qıcıqlandırır və aqressiyasını sərhədlərimizə yaxın hərbi təlimlərin keçirilməsi ilə və saxta bəyanatlar səsləndirməklə nümayiş etdirir. İran və qələbəmizi həzm edə bilməyən bütün dairələr bilməlidirlər ki, müharibə bitib və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Reallıq odur ki, biz qalib ölkəyik və bütün qonşularla dostluq və əməkdaşlıq nümayiş etdiririk. Əgər kimsə münasibətlərimizə adekvat münasibət sərgiləmək istəmirsə, bizdən də eyni münasibəti görəcək. Cənab Prezident müsahibəsində bu fikirlərə münasibət bildirdi və qarşı tərəfə baxışlarımızı mesajlarla ötürmüş oldu".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm