İlham Əliyev - Qüdrətli Azərbaycanın qurucusu
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev - Qüdrətli Azərbaycanın qurucusu

"2003-cü il oktyabr ayının 15-də seçicilərin 76 faizdən çox hissəsi cənab Prezidentə səs verərək onu Azərbaycan Respublikasının rəhbəri seçdi. Həmin vaxtdan artıq 18 il keçir. O gündən bu günə qədər Prezident İlham Əliyev verdiyi bütün sözləri tutub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısı hər zaman Ulu öndərin siyasi kursuna sadiq qalıb:

"O, Azərbaycan dövlətini daha güclü, daha qüdrətli edib. Cənab Prezident ölkəmizi regionun diktə edən dövlətinə çevirib. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Ölkəmiz əsl tranzit dövlətinə çevrilib. Ən əsası, 18 il bundan öncə verdiyi sözü tutaraq Azərbaycan torpaqlarını işğaldan azad edə bilib. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycan dövlətini, Azərbaycan xalqını işıqlı gələcəyə çıxarıb. Bu gün post-münaqişə dönəmində ölkə başçısının rəhbərliyi altında Azərbaycan irəliyə doğru addımlayır. Ölkəmiz daha böyük zəfərlərə imza atmaq üçün günü-gündən inkişaf edir. Biz İlham Əliyevə ilk prezident seçilməsi günü münasibəti ilə təbriklərimizi çatdırırıq. Ona bu əzmkar fəaliyyətində uğurlar arzulayırıq. Hər zaman Prezidentin ətrafında sıx birləşmişik. Bu gündən sonra da müzəffər Ali Baş Komandanın yürütdüyü siyasəti dəstəkləyəcəyik. Biz hər zaman cənab Prezidentimizlə birlikdə olacağıq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm