Bu hadisə anti-terror əməliyyatı keçirmək üçün əsasdır – Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Bu hadisə anti-terror əməliyyatı keçirmək üçün əsasdır – Millət vəkili

Qarabağda bir əsgərimiz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə əlaqədar Monitorinq Mərkəzinə sorğu verib. Yəqin ki, prokurorluq faktla bağlı cinayət işi açacaq və bunu törədən separatçılar cəzalandırılacaq. Rus sülhməramlıların nəzarəti altında olan ərazilərdəki separatçıların bu fəaliyyəti həm də sülhməramlılara qarşıdır.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Kamilə Əliyeva deyib.

Deputat əlavə edib ki, bu hadisə Azərbaycana öz ərazilərində anti-terror əməliyyatı keçirmək üçün hüquqi əsas verir: “Separatçı Araik Arutyunyan müharibə zamanı Azərbaycan ordusunun qarşısından qaçmaqla canını xilas etdi. Amma separatçılar unutmasınlar ki, növbəti “Dəmir yumruq”dan xilas ola bilməyəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm