• USD 1,7000 0,00% EUR 1,9195 +0,03%
    • GBP 2,2543 -0,20% RUB 0,0230 +0,43%

Ermənilər bu məsələdə də səmimi olmadılar - Deputat

Ermənilər bu məsələdə də səmimi olmadılar - Deputat

"Prezident MDB Dövlət Başçıları Şurasının toplantısında bir sıra məqamlara toxundu. Ölkə başçısı qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, rəsmi Bakı sülh istiqamətində bütün addımları atmağa hazırdır".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan Ermənistanın zəruri addımlar atmasını gözləyir:

"Azərbaycan Prezidenti əslində bir nüansı xüsusi qeyd etdi ki, 10 noyabr üçtərəfli bəyanatından sonra bizim ərazilərə terror məqsədilə daxil olan və həbs edilən terrorçular hərbi əsir sayıla bilməz. Çünki onların statusu tam fərqlidir. Həmin təxribatçılar məhz terrorçu kimi həbs olunublar. Eyni zamanda, Ermənistanın bizə təqdim etdiyi xəritələrdə cəmi 20-25 faizlik dəqiqlik var. Demək olar ki, bu məsələdə də onlar səmimi olmayıblar. İlk olaraq dövlət sərhədləri müəyyən edilməlidir. Delimitasiya və demarkasiya işləri aparılmalıdır. Ermənilər tərəfindən əgər bizə qarşı yenidən ərazi iddiaları olmasa, böyük sülh sazişinin üzərində işləməyə hazırıq. Baxmayaraq ki, 30 illik işğal zamanı Ermənistan Azərbaycanın mədəni irsinə böyük zərbə endirib. Hər şeyi məhv edib. On minlərlə insan öldürülüb. Yüz minlərlə insan öz yurdundan qaçqın və məcburi köçkün düşüb".

Deputatın fikrincə, bütün bunlara baxmayaraq, Azərbaycan sülh naminə bu addımı atmağa hazırdır:

"Sadəcə olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sülhə səmimi şəkildə yaxınlaşmalıdır. Bu istiqamətdə səmimi addımlar atmalıdır. Mənə elə gəlir ki, dürüst, açıq mövqeyi bu toplantıda yenə də ifadə olundu. Artıq münaqişə bitib. Sadəcə olaraq, uzun müddətli sülh istiqamətində Ermənistan tərəfi zəruri addımlar atmalıdır. Mənə elə gəlir ki, bu tədbirdə bir daha Azərbaycanın mövqeyi kifayət qədər açıq formada ifadə edildi".
Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR