Azərbaycan Ermənistanla bağlı bu addımı ona görə atdı ki...
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ermənistanla bağlı bu addımı ona görə atdı ki...

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti hər yerdə qalib gəlir. Ermənistanla münasibətlərdə irəliləmə qeydə alınıb. Kommunikasiya xətlərinin açılması ilə bağlı razılıqlar əldə olunub”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Qarabağda aparılan böyük işlər Azərbaycan iqtisadiyyatının gücünü göstərir: “Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilib və yaxın zamanda vətəndaşlarımız öz yurdlarına qayıdacaq. Gələn ilin əvvəlindən Böyük qayıdışın ilk nümənələri ilə tanış olacağıq. Bu məsələ Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Mən özüm də Qarabağda aparılan işlərin şahidi olmuşam. Bu qədər işlərin qısa zaman ərzində həyata keçirilməsi insanda heyrət yaradır. Azərbaycan siyasi iradə göstərərək həm danışıqlar prosesində, həm də Qarabağın bərpası işlərində qətiyyətli addımlar atır”.

Q.Hüseynli vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə olunması və Zəngilanla bağlı xoş xəbərlərin verilməsi böyük əhəmiyyət kəsb edir: “Bu, o deməkdir ki, bölgəyə həqiqətən sülh və əmin-amanlıq gələcək. Vətəndaşlarımız çox qısa bir zamanda doğma yurdlarına qayıdacaqlar. Azərbaycanla Ermənistan arasında sülhün yaranması bölgədə olan bütün ölkələrə lazımdır. Biz öz torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya gücümüzü göstərdik. Prezident İlham Əliyev isə uzaqgörən bir siyasətçi kimi tarixə öz imzasını atdı. Azərbaycan tərəfi 5 erməni əsirini Ermənistana qaytarmaqla humanistliyini nümayiş etdirdi. Bu o deməkdir ki, iki ölkə arasında bir sıra razılaşmalar əldə olunub. Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı etdiyi çıxış da bunun nümunələrindən biridir. Moskvada baş nazirlərin müavinlərinin görüşü uğurla başa çatıb və kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial razılıq əldə edilib. Ermənistanın daxilində olan revanşist qüvvələr Paşinyana zərbə vurmaq üçün çalışırlar. Bu cür qüvvələrin daxilində Sarkisyan, Koçaryan kimi şəxslər var. Belə bir şəraitdə Azərbaycanın 5 erməni əsirini qaytarması həm Paşinyanı dəyişikliklərə ruhlandırdı, həm də Ermənistan daxilində revanşist qüvvələrə qarşı əlini gücləndirdi”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm