Bu mesajlar əməkdaşlığa uzadılan əldir – Musabəyov
Bizi izləyin

Nida Təhlil

Bu mesajlar əməkdaşlığa uzadılan əldir – Musabəyov

“Azərbaycan və Türkiyənin müttəfiqliyi, strateji əməkdaşlığı heç də bütün qüvvələri razı salmır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkə başçısı İlham Əliyevin görüşləri, eləcə də onların səsləndirdiyi mesajlar regionda əməkdaşlığa uzadılan əldir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə regiondakı, eləcə də beynəlxalq əməkdaşlığı gerçəkləşdirmək üçün bir əsas yaradır:

“Zəngəzur dəhlizini Azərbaycan tikir. Adətən Zəngəzur dəhlizi deyəndə bir çoxları Ermənistan ərazisindəki həmin 40 kilometri nəzərdə tutur. Lakin Horadizdən Ağbəndə, eləcə də Naxçıvan ərazisindəki dəmir yolu və magistral xətlərinin uzunluğu Ermənistandan keçən hissədən dəfələrlə çoxdur. Ümumilikdə götürdükdə bu, 150-170 kilometrlik dəmir yolu və avtomobil yolu deməkdir. Onun da texniki dəstəyini Türkiyə verir. Maliyyə yükünü isə Azərbaycan çəkir. Bu nüanslar bölgədəki əməkdaşlıq üçün zəruri olan bütün əsasları yaradır. Ermənistanın bu məsələyə yanaşması hələlik tam mənada aydın deyil. İranın da məsələyə yanaşması əməkdaşlığa hesablanmayıb. Buna baxmayaraq, biz öz işimizi görürük. Düşünürəm ki, Zəngəzur dəhlizinin yenidən bərpası ilə bağlı işlər heç kəsin gözləmədiyi sürətlə gedir və vaxtında tamamlanacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm