• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

Ankara və Bakı hər zaman birgə addımlayacaq – Deputat

Ankara və Bakı hər zaman birgə addımlayacaq – Deputat

“44 günlük Vətən müharibəsində olduğu kimi, Böyük qayıdış layihəsində də Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya ünvanlanmış çox mühüm bir ismarışdır. Füzuli Beynəlxalq Hava Limanının 8 aya inşası və açılışı onu göstərir ki, Azərbaycan Böyük qayıdış layihəsini də sürətlə həyata keçirəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana səfərlərini şərh edərkən deyib. Millət vəkili bildirib ki, Türkiyə bu proseslərdə çox fəal şəkildə iştirak edəcək: “ “Ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələri Türkiyə Azərbaycanla birgə gerçəkləşdirəcək. Zəngəzur dəhlizinin ilk təməl daşını iki ölkə prezidentinin qoyması da çox mühüm tarixi hadisədir. Bu onu göstərir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, eləcə də bütün bölgə üçün böyük önəm kəsb edir. Bu dəhliz çox mühüm kommunikasiya layihəsidir. Eyni zamanda bölgədə əməkdaşlığı, ticarət əlaqələrini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bir sıra ölkələrin marağındadır. Bu layihə region ölkələri arasındakı əməkdaşlığı daha da inkişaf etdirəcək”.

Asim Mollazadə əlavə edib ki, Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə təhlükəsizlik məsələlərinə aid deyil:

“Eləcə də bu bəyannamə bizim regionda həyata keçirdiyimiz birgə layihələrdə özünün büruzə verir. Ən əsası, iki qardaş ölkə bütün ölkələri əməkdaşlığa dəvət edir. Eyni zamanda bu iki qardaş ölkənin istəyi regionu sabitlik və əməkdaşlıq bölgəsinə çevirməkdir. Beləliklə, bu sistemdə Şimal-Cənub, Şərq-Qərb əməkdaşlıq formatı daha da inkişaf edəcək. Azərbaycan və Türkiyənin həyata keçirdiyi strateji layihələr hər kəsin marağındadır. Ankara və Bakı hər zaman bir olacaq və birgə addımlayacaq. Bu birlik hər bir layihənin gələcəkdə uğurla gerçəkləşəcəyinin carçısıdır”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR