Zəngəzur dəhlizi türk dünyasına qucaq açacaq - Türk ekspertlər ŞƏRH EDİR
Bizi izləyin

Nida Təhlil

Zəngəzur dəhlizi türk dünyasına qucaq açacaq - Türk ekspertlər ŞƏRH EDİR

Türk ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə təməlini qoyduğu Zəngəzur dəhlizi tarixi nailiyyətlərə qapı açır.

Publika.az xəbər verir ki, Ermənistanın cənub bölgəsində Türkiyə ilə türk dövlətləri arasında quru sərhədini kəsən ərazinin açılması ilə yaradılan Zəngəzur dəhlizi tarixi həmlə kimi şərh olunur.

Azərbaycanla Türkiyəni birləşdirəcək şəkildə qurulacaq dəhlizin təməlinin qoyulmasını “Turan köçü” kimi qiymətləndirən ekspertlər, Qarabağ zəfərindən sonra əldə edilən razılaşma çərçivəsində quru yolu şəbəkəsi yaratmaqla Anadolunun Qafqaza, türk dövlətlərinin isə Balkanlara və Aralıq dənizinə qovuşacağını bildirirlər.

İstanbuldan Sibirə...

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi Türk Dünyası İnstitutunun Prezidenti, professor Bilgehan Atsız Gökdağ qeyd edib ki, Azərbaycan torpaqlarının uzun müddət işğal altında olması və dünyanın bu işğala dəstək verməsi türklərin daşınma və çatdırılmasının qarşısının alınmasına yönəlmiş bir addım idi. Sevindirici haldır ki, Türkiyə və Azərbaycan siyasi cəhətdən birləşdi və işğal olunmuş torpaqlar azad edildi. Bu zəfər Zəngəzur dəhlizi layihəsi ilə taclandı. Dəhliz türk dünyası üçün xüsusi əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə İstanbuldan Daşkənd, Qazaxıstan, Bişkek və Sibirə qədər uzanacaq quru və dəmir yolu şəbəkəsi yaradılır. Yollarımızı nə qədər birləşdirsək, illərdir bir-birindən ayrı qalan türk cəmiyyətləri bir o qədər çox birləşəcək və xüsusilə iqtisadiyyatda yeni addımlar atacaqlar. Qazaxıstan, Türkmənistan və Azərbaycanın enerji ehtiyatları Türkiyəyə daha asan çatacaq. Enerji dəhlizlərinin olması dövlətləri strateji cəhətdən güclü edir”.

Turizm potensialı zənginləşəcək

Zəngəzur dəhlizinin türk dünyasında turizmi inkişaf etdirəcəyini vurğulayan B.A.Gökdağ bunları qeyd edib: “İnsanlar artıq rahat şəkildə avtomobillərinə minib İğdıra, İğdırdan Naxçıvana, oradan isə Zəngəzur dəhlizi ilə Azərbaycana və türk dünyasına gedə biləcəklər. Xalqımız türk coğrafiyasında turizm sahəsinə daha çox maraq göstərəcək. Qırğızıstanın turizm mərkəzi - İssık-Kul gölü, Azərbaycanın Gəncə şəhəri, Daşkənd, Buxara, Səmərqənd və bir çox digər qədim şəhərlərə asanlıqla çatmaq olar”.

Ən strateji nailiyyət

Strateji Düşüncə İnstitutunun müdafiə və təhlükəsizlik koordinatoru, ehtiyatda olan polkovnik Mithat İşıq Zəngəzur dəhlizinin Qarabağ müharibəsinin ən strateji nailiyyəti olduğunu bildirib. O, Stalin dövründəki işğalla Ermənistanın əlinin İrana çatması nəticəsində Türkiyənin türk dünyası ilə əlaqəsini kəsdiyini xatırladıb: “Zəngəzur dəhlizinin Qarabağ savaşı ilə əldə olunması çox strateji və tarixi bir addımdır. İndi qurudan tam türk coğrafiyasına çatmaq imkanımız var. Əvvəllər İrandan Azərbaycana keçmək mümkün idi. Bu, Türkiyənin strateji və kommersiya baxımından addımlarının qarşısını aldı. Zəngəzur dəhlizi bütün bu problemləri aradan qaldıracaq. Həm hərbi, həm iqtisadi, həm siyasi, həm də mədəni baxımdan çox böyük addım atıldı. Türkiyə və Azərbaycanın bu yolun təməlini qoyması türk dünyasının qucaq açmasına şərait yaradacaq”.

Təhlükəsizlik tədbirləri tələb olunur

Dəhlizin təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqlar edən İşıq, “İndi edilməli olan bu dəhlizin ərazisini təhlükəsizlik baxımından şimaldan və cənubdan genişləndirməkdir. Əvvəlcə bu yolu tez bitirmək, daha sonra güclü təhlükəsizlik tədbirləri ilə tarixi layihəni başa çatdırmaq lazımdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm