İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin banisi
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin banisi

Prezident İlham Əliyev: Azərbaycanın 250 illik məğlubiyyət tarixini dəyişdirən və xalqa qürurunu qaytaran lider. Vətən müharibəsi və postmünaqişə dövründə Azərbaycan liderinin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev liderlik keyfiyyətlərini bir daha anlamağa imkan verir.

- Sərkərdəlik;
- Diplomatik məhayət;
- Dəqiq hesablanmış strateji və taktiki qərarlar;
- Və ən əsası Vətənə xidmət;


Prezident İlham Əliyevin fəaliyyətində bunların hər biri var.

O, bütün çıxışlarında “biz o torpaqlara qayıdacağıq” deyirdi;
O, bütün beynəxalq platformalarda o torpaqları azad etmək uğrunda mübarizə aparırdı;
O, bu tarixi, müqəddəs günü yetişdirirdi;


Və nəhayət, müqəddəs gün gəldi, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızdakı 30 illik erməni işğalına son qoydu. Prezident İlham Əliyev vədini, əslinə Vətən üçün, xalq üçün, dövlət üçün mübarizə apardığı əsas hədəfini icra etdi: Qarabağ azad olundu, 2018-ci ildə dediyi kimi, Şuşada dalğalanan üçrəngli bayrağımız Azadlıq meydanına - Zəfər Paradına gətirildi.

İlham Əliyevin növbəti hədəfi azad edilmiş ərazilərimizə həyatın yenidən qaytarılması, insanların qısa zamanda öz doğma yurdlarına qayıdışın təmin edilməsi, postmünaqişə dövrünün reallıqlarının icra edilməsidir.

Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün regionun qədəm qoyduğu yeni reallığın müəllifi olan Prezident İlham Əliyev postmünaqişə dövrünün hədəfini müəyyənləşdirib və Azərbaycanı bu hədəf doğru inamla aparır.

- İşğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etmək;
- Yaranmış geniş imkanları Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etmək;


Müharibədən ötən qısa zaman ərzində azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri bunun əyani nümunəsidir. Dövlət başçısı həm ölkəmizin imkanları hesabına, həm də dost ölkələrin nüfuzlu şirkətlərini quruculuq işlərinə cəlb edib.

Artıq bir beynəlxalq hava limanı – Füzuli hava limanı istifadəyə verilib. Daha iki hava limanının istifadəyə verilməsi – Zəngilan və Laçın – nəzərdə tutulur, tikinti işləri həyata keçirilir.

Azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulması istiqamətində mühüm işlər həyata keçirili:

- Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolağı);
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı);
- Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı);
- Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı);
- Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı);
- Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı);
- Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı);
- Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı);
- Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (22 km, 2 hərəkət zolaqlı);
- Füzulidən Şuşaya - Zəfər yolu (102 km);


Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyuldu. Bu, nəticə etibarilə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlərdir. Və bu işlər Prezident İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir;

Son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə (Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) 8 dəfə səfər edib, bundan başqa, Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub. Dövlət başçısının səfərlərin əsas məqsədi bərpa və yenidənqurma işləri ilə yerində tanış olmaq, tapşırıqlar vermək, prosesi şəxsi nəzarətdə saxlamaq, işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla aparılmasını təmin etməkdir.

Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb.

Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunələr göstərirlər.

Məhz bu fəaliyyəti, Vətənə olan sevgisi və Azərbaycanın gələcəyi uğrunda dəqiq, strateji addımların nəticəsidir ki, Prezident İlham Əliyev xalqın rəğbət bəslədiyi, ardınca getdiyi liderdir. Xalq bir daha anlayır və bildirir ki, taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm