Ərdoğan Baydenə dərs keçdi - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ərdoğan Baydenə dərs keçdi - Politoloq

Ərdoğan-Bayden görüşünün 1 saat 5 dəqiqə davam etməsi pozitiv məqamdır. Konkret yazılı anlaşmalar olmasa da, fikir mübadiləsi və verilən qərarlar var. Düzdür, S-400 ətrafında manipulyasiya hələ də bəyanatlardan çıxarılmayıb.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoqlar klubunun sədri Zaur Məmmədov deyib. Politoloq qeyd edib ki, görüş zamanı Ərdoğan Baydenə Türkiyənin Vaşinqton üçün mühüm dövlət olduğunu "başa salıb":

"Rusiya və Yaxın Şərqdən gələn təhdidlərə qarşı Vaşinqton üçün məhz regionlarda real hərbi-siyasi- iqtisadi güc olan Ankaranın köməyinə ehtiyacı olduğuna eyham vurulub. Eyni zamanda son zamanlar Makron və Rusiya lobbisinin təsirində olan qrupların "Avropa ordusu" haqqındakı çıxışları fonunda görüş zamanı həm Ərdoğan, həm də Bayden NATO-nun bundan sonra da yeganə strateji blok kimi qalacağını bəyan ediblər. Düzdür, Makron Baydenlə son görüşdən sonra NATO ilə bağlı pozitiv bəyanat vermişdi.

Görüşdə Suriya, İraq, Ukrayna, Cənubi Qafqaz və Əfqanıstanda baş verənlər də müzakirə olunub. Çox güman ki, Türkiyə lideri Qarabağ və Zəngəzur ətrafında baş verənlər fonunda proseslərdən Vaşinqtonun əldə edə biləcəyi dividendlər haqqında danışıb.

Təbii ki, mərkəzi mövzulardan biri ABŞ-ın kürd terrorçularına davam edən hərbi-texniki və maliyə dəstəyi mövzusu olub. Çox güman ki, yardım tam dayanmasa da, bir müddət daha latent hal alacaq. Və S-400. Belə başa düşülür ki, Türkiyə S-400-ləri almaqda davam edəcək. Pentaqon isə Türkiyəyə F-16-ların satışını bərpa edəcək. Beləliklə, Türkiyə lideri Bayden və onun administrasiyasına amerikalıların bölgədə nəyi necə etməli olduqları ilə bağlı dərs keçdi. Öz növbəsində, G20 sammiti ən optimal diskussiya platformalarından biri olduğunu təsdiqləmiş olur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm