Nida Təhlil
Ərdoğan-Bayden görüşündə Bakının əlini nə gücləndirdi? - TƏHLİL
G-20 sammiti çərçivəsində Cənubi Qafqazdakı vəziyyət iki görüşdə müzakirə olundu: Ərdoğan-Bayden, Ərdoğan-Makron;
Ərdoğan Bayden və Makrona bölgədəki 3+3 formatından bəhs edib və istisna deyil ki, bunun alternativinin olmadığını da izah edib.
Vaşinqton Ankaranı Cənubi Qafqazda tərəf kimi qəbul edir və münaqişənin həllindən kənarda qaldıqdan sonra ən azı Türkiyənin üzərindən maraqlarının nəzərə alına biləcəyi imkanını gözdən qaçırmır. Bunun fonunda Bakı da Vaşinqtonla münasibətlərə xüsusi önəm verir.
Hərçənd, Baydenin bu bölgədə iki istəyini Ərdoğanla müzakirə etdiyi ehtimalı da var.
Birincisi, Zəngəzur dəhlizidir: ABŞ-ın dəhlizdən şərq ekspedisiyasında, xüsusilə Mərkəzi Asiyaya çıxışda istifadə etmək planı var;
İkincisi, 3+3 formatıdır: ABŞ belə bir formatın yaranmasında maraqlı deyil;
- Bu format Vaşinqtonun bölgəyə müdaxilə imkanını minimuma endirir;
- “Bir kəmər bir yol” layihəsində hab rolunu oynayır və bu, ABŞ-Çin mübarizəsində amerikalıların marağına uyğun deyil;
ABŞ üçün 3+3 formatına qarşı istifadə edə biləcəyi əsas kart Gürcüstan, əlavə kart İrandır:
- rəsmi Tiflis oyundan kənarda durmağa üstünlük verir, lakin reallıqla hesablaşmalı olduğunu də açıq şəkildə dilə gətirir; Pentaqon rəhbərinin Gürcüstana səfəri Tiflisin siyasi oriyentasiyasını dəyişməməsinə hesablanmışdı;
- nə qədər düşmən kimi davransalar da bölgədəki reallıqda ABŞ və İranın da maraqlarının uzlaşdığı məqamlar var; bu bölgədə Vaşinqton-Tehran ortaqlığının lobbi qrupları, xüsusilə erməni lobbisi üzərindən həyata keçirildiyi istisna deyil; İranın nüvə danışıqları bu məsələdə həlledici rol oynaya bilər və Vaşinqtonun G-20 sammitindən sonra nüvə probleminin diplomatiya yolu ilə həllindən tərəfdar olması haqda açıqlaması da Tehrana ünvanlanmış mesaj xarakteri daşıyır;
Vaşinqton onu da anlayır ki, regional əməkdaşlıq platforması 3+3 formatında olmasa belə, 2+2 formatında reallaşa və bölgədə kommunikasiyanın açılması gələcəkdə digər iki ölkəni – Gürcüstan və İranı da bu formata sövq edə bilər. Bu baxımdan, bölgə üzərində maraqlarının təmin edilməsi üçün Türkiyə ilə münasibətlərə də önəm verir. Ərdoğanın Nyu-York görüşündən fərqli olaraq, Roma görüşündən sonra Baydenlə bağlı müsbət açıqlaması tərəflərin bir çox məsələdə olduğu kimi, Qafqazda da anlaşdığı fikrini gücləndirir.
Vaşinqtondan fərqli olaraq, Parisin bölgədə əli daha zəifdir, xüsusilə müharibə vaxtı Bakı ilə körpüləri yandırması indi vəziyyəti Fransanın əleyhinə çevirir. Və Makronun Ərdoğanla Cənubi Qafqazı – 3+3 formatını müzakirə etməsi Fransanın da istəməsə belə bölgədə Türkiyədən böyük ölçüdə asılı olduğunu anlamasından qaynaqlanır.
Hər iki görüş və müzakirələr Vaşinqtonda da, Parisdə də münaqişənin bitdiyi reallığının qəbul edilməsi kimi də qəbul edilə bilər və bu, hələ də gündəmdə saxladıqları Minsk qrupunun yalnız Bakının istədiyi istiqamətdə - postmüharibə prioritetləri çərçivəsində işləyə biləcəyi reallığını da gücləndirir.
Asif Nərimanlı
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar