Politoloq Bakı Forumunun əhəmiyyətindən DANIŞDI
Bizi izləyin

Nida Təhlil

Politoloq Bakı Forumunun əhəmiyyətindən DANIŞDI

Nizami Gəncəvi təşkilatının xətti ilə Azərbaycanda iki ildən bir bu cür tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter alıb. VIII Qlobal Bakı Forumu Bakı prosesi kimi ümumi bir adla dəyərləndirilir. Bu dəfəki forum özünün geniş tərkibli nümayəndəliyi ilə diqqəti çəkir. Forumda keçmiş prezidentlər, keçmiş baş nazirlər, hətta fəaliyyətdə olan siyasi xadimlər də iştirak edir. Bütün bunlar Bakı Forumunun əhəmiyyətini önəmli edən amillərdir.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin forumdakı geniş çıxışı əsasən dünyada və bölgədə gedən proseslərə hesablanıb:

“Qlobal proseslərdən danışan ölkə prezidenti bildirib ki, dünyada gedən proseslər sürətlə silahlanmanın və müəyyən bölgələrdə qarşıdurmaların qarşısının alınmasına gətirib çıxarmayıb. Xüsusilə pandemiya ilə mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirməsi istiqamətində də ciddi nöqsanlar var. Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan hərbi münaqişəsinə toxunub və bildirib ki, Azərbaycan BMT-nin qəbul etdiyi 4 qətnaməni özü icra edib. Əgər Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etməsəydi, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı. Həmçinin Ermənistanın bölgədə oynadığı işğalçı rolunu bir daha vurğulayıb və bunun dünyaya çatdırılması istiqamətində çox maraqlı fikirlər söyləyib. Bundan başqa sülhyaratma prosesinin müəyyən çətinlik və əngəllərlə qarşılaşdığını qeyd edib.

Ölkə prezidentinin qənaətinə görə, sülhyaratma prosesi qarşısında yaradılan əngəllərin bir çoxu sünidir və sadəcə olaraq bölgədə gərginliyi saxlamaq məqsədi güdür. Bu nöqteyi nəzərdən də dünya dövlətləri bölgədə əmin-amanlığın yaranması üçün öz köməyini əsirgəməməlidirlər. Ölkə prezidentinin dediyi kimi, Azərbaycan həmişə sülhün tərəfində olub, sülhün yaradılması üçün səy göstərib və əmin-amanlıq hər bir xalqın firavanlığı və maddi rifahı üçün böyük əhəmiyyət daşıdıyıb. Forumda səsləndirilən fikirlər qəbul ediləcək yekun sənədin, eləcə də siyasi proseslərə və qaldırılan problemlərin həllinə bir vəsilə olacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm