• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Fəxrəddin Həsənzadə: Dünya həqiqətləri ilə Azərbaycanda müzakirə olundu

Fəxrəddin Həsənzadə: Dünya həqiqətləri ilə Azərbaycanda müzakirə olundu

Zəfər Günü ərəfəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VIII Qlobal Bakı Forumu beynəlxalq səviyyədə “Qarabağın Qurtuluş Ziyafəti” idi. O ziyafət ki, dünyanın dörd yanından nüfuzlu siyasi xadimlərin, ziyalıların, dövlət xadimlərinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini əyani şəkildə sübut etdi. Cənab Prezidentin Forumdakı çıxışı özlüyündə təkcə ev sahibliyini deyil, ədalətə, cəsarətə, dünyəviliyə, xalqının intibahına sahibliyini göstərdi. Bu çıxışdan açıq aşkar olaraq hər kəsin anlayacağı tək bir məqam var: Azərbaycan adına bu gün torpağımıza, beynəlxalq səviyyədə dostlarımıza, mədəniyyətimizə sahibik. Xüsusilə Prezidentin Nizami Gəncəvi ilə bağlı “Azərbaycan şairi” ifadəsi və “Nizami Gəncəvi İli”-nin vurğulanması ən incə və həssas dəyərlərə qədər siyasi iradəni sübut etdi.

Praktikada çox az təsadüf edə bilərik ki, müharibənin bir ili tamam olmayan hər hansı bir ölkədə nəinki beynəlxalq səviyyədə nüfuzli tədbir keçirilir, hətta burada Dünya müzakirə olunur. Hər şeydən öncə bu illərdir damla-damla qazanılan inam və siyasi rəhbərlik səviyyəsində nüfuzun nəticəsidir. Səbəblər çoxdur, saymaqla bitməz. Ən böyük səbəb isə ədalət və məzluma biganə olmamaqdır. Haqq savaşında haqq meydanıdır bura.

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndin ədalətsiz bölgüsü haqqında danışan ilk ölkələrdəndir. Peyvəndlərin ədalətli bölgülü olmasını, bəşəri dəyərləri dünya ictimaiyyətinə çatdırdıq. Cənab Prezidentin söylədiyi kimi, 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım, bir neçə ölkəni təmənnasız olaraq peyvənd dozaları ilə təmin etmişik. Eyni zamanda, biz yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi etmişik. Bunları Azərbaycan edib!

Bütün bu sadalananları 30 il əvvəl torpaqları işğal olunan, qaçqın şəhərciklərində 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, çadır şəhərcikləri qurmağa məcbur qalan, bu gün isə öz ərazi bütövlüyünü təmin edən Azərbaycan edir. Bir sözlə qısa müddət ərzində Dünyanın müzakirə olunduğu mərkəz olan Azərbaycanın öz inkişaf yolunda ədaləti dəstəkləməsinin nəticəsidir ki, Forumda ali səviyyədə qonaqlarla yanaşı lider dövlətlərin rəhbərlərinin, ali dini liderlərinin müraciəti səsləndirildi. Hər kəsin diqqəti Azərbaycanda idi. İstər fikri Azərbaycanda idi, istərsə də fiziki olaraq yanımızda idi. Biz isə bütün məqamlarda hər kəsi sülhə, barışığa səslədik. Gücümüz, potensialımız ilə torpaqlarımızı azad edib ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, BMT Təhlükəsizlik Şurasının, eləcə də bir çoxlarının 30 illik istirahətinə mane olmadan öz işimizi özümüz gördük. Bütün bunlara rəğmən hər kəsə, düşmənə belə sayğı ilə yanaşdıq və yalnız hərb meydanında savaşdıq. Artıq yeni bir mərhələ qarşıdadır. Azərbaycanın işi çoxdur, kiminləsə dedi-qodu etməyə vaxtı yoxdur. Torpaqlarını işğaldan azad edən, Qarabağa həyat qaytaran Azərbaycan paralel olaraq Avropanın enerji təhlükəsizliyi məsələsini həll edərək Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırdı. Hər sahədə amalımız bəllidir, ona görə bizə güvənirlər. Avropaya çatacaq qazımız isə “yandırmır”, bu qaz bizim ölkədən gəldiyi üçün “İsidir” ! Bəli İSİDİR – Bizə qarşı buz bağlamış hərkəsi !!!

Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR