• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Əliyevin türk coğrafiyasını birləşdirən strategiyasına verilən BÖYÜK DƏYƏR

Əliyevin türk coğrafiyasını birləşdirən strategiyasına verilən BÖYÜK DƏYƏR

“Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”;

2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvanda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev tarixi, həm də bir illər sonra gerçəkləşəcək strateji mesajı verdi.

10 il sonra – 2019-cu ildə Əliyev Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə Zəngəzurun türk dünyası üçün itkisini yenidən gündəmə gətirdi. Azərbaycan lideri bununla türk dünyasının Qarabağ münaqişəsinin həlli məsələsinin ətrafına toplayır, həm də münaqişənin həllinin türk coğrafiyasının birləşməsi imkanı yaradacağını açıqlayırdı. Və bu gün anlayırıq ki, əslində türk dünyasının gələcəyi üçün əhəmiyyətli addım olan Türk Şurasının 2009-cu ildə məhz Naxçıvanda, Zəngəzurla sərhəddə yaradılması böyük strategiyanın tərkib hissəsi olub.

Bakı Zirvəsindən bir il sonra – 2020-ci ildə Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi həm torpaqlarımızın azad olunması, həm də türk coğrafiyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması reallığı ilə nəticələndi. Dəhlizin inşası istiqamətində artıq işlər başlanılıb və proseslər bu layihənin icra ediləcəyini deməyə əsas verir.

Əliyev türk dünyasının coğrafi parçalanmasını aradan qaldırır və Anadoludan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyanın qapısını açır.

Bu, tarixi xidmət qarşısında bu gün Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Azərbaycan liderinin əməyinə, həm də dərin strategiyasına verilən qiymətdir.

Və Azərbaycan liderinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək, türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.

Və Zəngəzur dəhlizi amili bir daha təsdiq edir ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir. Türk dünyası adından Azərbaycan Prezidentinə verilən mükafat da onun zəhmətinin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir.

Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının coğrafi parçalanması aradan qalxacaq, bağlılıq daha da artacaq, əməkdaşlığa yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır.

Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə səbəb Azərbaycan Respublikasının Vətən Müharibəsində tarixi qələbəsidir. Bu qələbənin əldə edilməsi üçün Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti misilsizdir:

- Prezident İlham Əliyev tarix baxımından qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirməsi, cənab İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir;

- Məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxalq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər;

- İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradıldı;

- İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərilərimizi işğaldan azad edərək Zəfər qazandı;

- İlham Əliyevin diplomatik məharəti və yürütdüyü ardıcıl, düşünülmüş siyasət güclü erməni diasporunun, Ermənistana dəstək verən Qərb dairələrinin, Ermənistanın ayrı-ayrı tərəfdaşlarının Azərbaycana qarşı yönəlmiş addımlarını neytrallaşdırdı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini təmin etdi;

- İlham Əliyev Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü.

Və İlham Əliyev türk dünyasının tarixinə də coğrafi parçalanmanı aradan qaldıran, türkdilli dövlətləri birləşdirən lider kimi düşəcək.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR