Həmin erməni terrorçu layiqli cəzasını almalıdır - Musabəyov
Bizi izləyin

Nida Təhlil

Həmin erməni terrorçu layiqli cəzasını almalıdır - Musabəyov

"Əgər erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin bloq-postlarına hücum edibsə, bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. O cümlədən, bu araşdırma prosesində Rusiya sülhməramlılarının nümayəndələri də iştirak etməlidir. Üstəlik, Ağdamda Rusiya və Türkiyə hərbçilərindən ibarət Monitorinq Mərkəzi fəaliyyət göstərir. Bu məsələ araşdırıldıqdan sonra həmin hadisəni törədən terrorçu cəzalandırılmalıdır".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan erməni terrorçusu haqqında danışarkən söyləyib ki, bu proses ya rusiyalı sülhməramlıların iştirakı ilə həyata keçirilməlidir. Sülhməramlıların bu məsələdən boyun qaçıracaqları təqdirdə, həmin terrorçunu cəzalandırmağa Azərbaycan tərəfinin bütün imkanları çatır:

"Azərbaycanın həmin terrorçunu, eləcə də həmin şəxsi bu işə cəlb edənləri də layiqincə cəzalandırmaq imkanları var. Ermənilər törətdiyi əməllərə görə cəzalandırılmasa, ağıllanmayacaqlar. Əgər son teraktı törədən hərbi geyimli şəxsdirsə, hərbçidirsə, o zaman bu hal birbaşa atəşkəsin pozulmasıdır. Bilirsiniz, hazırda sülhməramlıların məsuliyyət zonasında Ermənistan ordusunun qalıqları, tör-töküntüləri hələ də var. Əgər həmin şəxs hərbçidirsə, təkcə terror aktını törədən erməni yox, onun hərbi rəhbərliyi də cavab verməlidir. Yox, əgər fərdi şəxsin bir ağılsız hərəkətidirsə, həmin adam da terrorçudur. Törətdiyi əməl də terror aktıdır. Onun da öz cəzası var. Hər bir halda bu hadisəni törədən şəxs cəzasız qalmamalıdır. Son məlumatlara görə, hadisəni törədən şəxs artıq yaxalanıb. Bu o deməkdir ki, həmin hadisə araşdırılacaq və onu törədən şəxs öz cəzasını alacaq".

Xatırladaq ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb. Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm