Bu, başdan ayağa biabırçılıqdır - Hüseynli
Bizi izləyin

Nida Təhlil

Bu, başdan ayağa biabırçılıqdır - Hüseynli

Bu gün ABŞ “Demokratiya sammiti” keçirir. Amma Birləşmiş Ştatların bu sammitə bir çox nüfuzlu ölkələri dəvət etməməsi təəccüb doğurub.

Məsələn, Konqo, İraq, hətta Ermənistan da bu sammitə dəvət alıb. Amma nədənsə Türkiyə, Macarıstan, Azərbaycan bu sammitə dəvət almayıblar.

Maraqlıdır, sammitə dəvət alanlar hansı kriteriya ilə seçilib?

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, bu, başdan ayağa biabırçılıqdır:

"Haqqında bəhs etdiyimiz bu "sammit" Əfqanıstan hadisələrindən sonra ABŞ-ın belə bir tədbir keçirmək niyyətinə düşməsi, həmin tədbirləri də tamamilə şəxsi istəklərinə, meyarlarına uyğun keçirmək istəyidir. Bu həm demokratiya, həm də insan haqqları haqqında Birləşmiş Ştatların təsəvvürlərinin, yanaşmalarının nə qədər çirkin niyyətlərə xidmət etdiyini göstərir. Burada türkəfobiya, anti-türk elementləri özünü açıq-aşkar göstərir. Türkiyənin demokratiyası kifayət qədər inkişaf etmiş demokratiyadır. Azərbaycanda demokratik dövlət quruculuğu davam edir. Biz isə 30 il əvvəl totalitar bir cəmiyyətin bətnindən sıyrılıb çıxmış bir dövlətik. Totalitar cəmiyyətdən demokratik, dünyəvi cəmiyyətə doğru keçid dövrünü yaşayırıq. Bu keçid dövründə də Azərbaycan xeyli islahatlar həyata keçirib. Məsələn, Azərbaycan çalışır ki, insan haqqlarına böyük dəyər versin. Bu istiqamətdə diqqətçəkici addımlar atır. Demokratik təsisatların formalaşmasına geniş meydan verib. Məsələn, son dövrlərdə Azərbaycanda çoxpartiyalı siyasi sistemin formalaşdırılması istiqamətində atılan praktiki addımlar bunu deməyə əsas verir. Bu gün Azərbaycanda 50-dən artıq siyasi partiya qeydə alınıb. Onların səmərəli fəaliyyəti üçün partiyalara mənzil qərargahları da verilib".

Qabil Hüseynlinin fikrincə, bu gün ölkəmizdə siyasi prüalizmə əsaslanan çoxpartiyalı sistem artıq formalşıb və daha da inkişaf etməkdədir:

"Üstəlik, Azərbaycanda fikir prüalizmini ifadə edən çoxsaylı qəzetlər, saytlar, televiziya kanalları, internet televiziyalarının fəaliyyət göstərməkdədir. Onların müxalif fikri təbliğ etmələri üçün hər hansı bir qadağa yoxdur. Yəni Azərbaycan bir çox amillərə - çoxpartiyalı sistemin inkişaf etdirilməsi və ona qayğı göstərilməsi, həm də fikir prüalizminin qəbul edilməsi üçün yaradılan şəraitə, çoxsaylı internet saytları, televiziyaları, qəzetlərin mövcudluğuna görə digər ölkələrdən üstündür. Bütün bunlar ölkədəki bərqərar olan demokratik strukturların ümumi mənzərəsi haqqında əyani təsəvvür yarada bilir. Ölkə Konstitusiyasında insan və şəxsiyyət azadlığı ilə bağlı məsələlər Avropa standartları səviyyəsindədir. Hətta bəzi məsələlərdə onu da ötüb keçir. Azərbaycan çoxmillətli cəmiyyətdir. Bu cəmiyyətdə multikultural bir ab-hava formalaşıb. Fərqli din və mədəniyyətlərin dinc, yanaşı yaşamaları üçün ideal bir şərait yaradılıb. Azərbaycan özünün multikultural ənənələrinə görə dünyanın qabaqcıl ölkələri sırasındadır. Azərbaycanın ən böyük uğuru isə uzun müddət yaşadığı müharibə şəraitindən çıxması, cəmiyyətin daha da təkmilləşdirilməsi istiqamətində daha çoxşaxəli addımlar atmasıdır. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Ciddi kadr islahatları həyata keçirilir. Bu islahatların bir çoxu cəmiyyətdə yeni ab-havanın formalaşmasına və insan hüquqlarının, azadlıqlarının daha da inkişaf etməsinə xidmət göstərir. Zənnimcə, bütün bu parametrlərə görə Azərbaycan Ermənistandan da, Gürcüstandan da qat-qat üstündür. Hazırda Gürcüstanda keçmiş prezidenti həbsdə saxlayıb işgəncələr verirlər. Məhz bu sadaladıqlarımı nəzərə alanda ABŞ-ın demokratiya sammiti ilə bağlı Azərbaycana niyə dəvət göndərməməsi anlaşılan deyil".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm