• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Prezidentin Ali Ordenlə təltif olunması türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir - Deputat

Prezidentin Ali Ordenlə təltif olunması türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir - Deputat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması dövlətimizin başçısının türk dünyası qarşısındakı xidmətlərinə verilən ədalətli qiymətdir. Azərbaycan Liderinin istər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istər bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində gördüyü işlər strateji əhəmiyyət kəsb edir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Türk Şurasının hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutması ilə fərqləndiyini diqqətə çatdıran deputat təşkilata üzv olmaq istəyən ölkələrin sayının artdığını vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin türk dünyası qarşısında ən böyük xidməti 100 il əvvəl pozulmuş bu vahid etnosiyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir. Bunun tarixi hadisə və Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd edən deputat deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə Ali Ordeni təqdim edərkən Onu Müzəffər Ali Baş Komandan adlandırdı və Qarabağda təxminən 30 il davam edən işğala məhz onun qətiyyətli rəhbərliyi ilə 44 gündə son qoyulduğunu bildirdi. Türkiyə Lideri bunun təkcə azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Doğrudan da, türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır”.

H.Babaoğlu vurğulayıb ki, bu, hər şeydən əvvəl təqribən 150 milyona yaxın insanın və 1,5 milyard dollarlıq ümumdaxili məhsul istehsalı imkanlarının qarşılıqlı və birbaşa əlaqəsinin yaradılması deməkdir. Hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələlərə toxunaraq türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətindən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu. Hazırda həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində bu, artıq reallıqdır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusilə qardaş Türkmənistanın bu təşkilata cəlbi, Özbəkistanın tamhüquqlu üzv olaraq təşkilata qoşulması son illərdə bu təsisatın tarixində baş verən mühüm hadisələrdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu təşkilatın Zirvə Toplantısında iştirak etməsini məmnuniyyətlə qeyd etdi. Bir müddət bundan əvvəl məhz Azərbaycanın səyləri sayəsində ölkəmizlə Türkmənistan arasında vaxtilə mübahisə mövzusu olmuş neft yatağı “Dostluq” adı altında iki qardaş ölkə tərəfindən birgə istismara cəlb olundu və yalnız bundan sonra Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv olmaq üçün qərar qəbul etdi.

Deputat vurğulayıb ki, qardaş Türkiyə və Azərbaycanın güc nümayiş etdirmək və milli iradə ortaya qoymaq cəsarəti isə hazırki mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradacaq nümunədir. Bu, eyni zamanda, Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Prezident İlham Əliyev ona təqdim edilən Ali Ordeni Azərbaycan xalqının adından qəbul etdi. Bu, milli liderin öz xalqı ilə birliyinin təsdiqidir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR